Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. 20 yaşlı Leyla və 8 aylıq körpəsi niyə öldürüldü? - YENİ FAKTLAR - VİDEO




Ötən ay həyat yoldaşı Fərid Hüseynli tərəfindən qəddarcasına qətlə yetirilən BDU tələbəsi 20 yaşlı Leylanın və 8 aylıq körpəsinin ölümü ilə bağlı bəzi detallar ortaya çıxıb.

Leylanın babası Məhəmməd İbadov "AStar" layihəsinə açıqlaması zamanı qətlin yeni təfərrüatlarından danışıb.

O cinayət baş verən günü hadisə yerinə Leylanın anasından əvvəl qayınanasının gəldiyini və onun sadəcə özünə çoxsaylı bıçaq zərbələri yetirən oğlunu xəstəxanaya apardığını deyib.

Leyla ilə 8 aylıq körpəsi isə evdə döşəmədə uzanıqlı vəziyyətə qalıblar. Bu səbəbdən də Leylanın babası bu cinayətin əvvəldən təşkil edildiyini iddia edir.

Əvvəl Fəridin 8 aylıq körpəsini bilməyərəkdən yaraladığı və ona iki bıçaq zərbəsi vurduğu deyilsə də, Leylanın atası Əlişan İbadov bunu təkzib edib.

O balaca Aylaya bıçaqla 7 zərbə endirildiyini və onu qəsdən öldürüldüyünü deyib. Leylanın atası Fəridin uşağı yatdığı döşəyin üzərində bıçaqladığını iddia edib.

Fəridin atası Firdovsi Hüseynli isə qətllə bağlı heç bir məlumatı olmadığını o gündən sonra oğlu ilə görüşə bilmədiyini deyib.

Məlumat üçün bildirək ki, hadisə iyunun 20-də Abşeron rayonu Qobu qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Leyla ilə yanaşı, 8 aylıq qızını da öldürüb, daha sonra özünə xəsarət yetirib.

Ətraflı videoda:




Müsavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10