Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

55 yaşlı masallılı, Araşdırma Mərkəzinin sədri ad günün necə qeyd etdi?


Masallı rayonunun Şıxlar kəndində anadan olmuş, burada boya başa çatmış, ölkənin ən aktiv ictimai fəallarında olan, İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin rəhbəri  Fikrət Cəfərli Bakıda özünün 55 yaşını qeyd edib.

Düzü, mən Fikrət müəllimin adı, fəaliyyəti barədə çox eşitsəm də, şəxsən tanış deyildim. 2022-ci ilin aprel ayında şərlənərək polisdə 40 saat saxlanılıb, azadlığa buraxılandan sonra, dedilər ki, bir dolu bədənli oğlan var idi, internet televiziyalarında səni çox cəsarətlə müdafiə edirdi. Sonra öyrəndim ki, bu şəxs İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin rəhbəri, cəsarətli və aktiv mövqeyi ilə seçilən Fikrət Cəfərlidir.

Dünən, iyulun 24-də Fikrət Cəfərlinin 55 yaşı Bakıda təntənə ilə qeyd olundu. Tədbirə ölkənin bir çox ictimai fəalları- Adil Qeybulla, Elçin Sadıqov, Pənah Hüseynov, Ramil Hüseynov, Şəmsəddin Əliyev, Tural Abbaslı, Kəramət Böyükçöl, Aydın Canıyev və digərləri qatılmışdı.

Fikrət müəllimin ad gününü biz də təbrik edir, arzu edirik ki, gələcəkdə ölkəmizdə nə işgəncə olsun, nə onun əleyhinə olan araşdırma mərkəzi.

Fikrət müəllimə uğurlar.

Zahir Əmənov

Tədbirdə çəkdirdiyimiz bir foto-şəkli sizlə paylaşırıq.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10