Həvəskar klublar arasında qazanılan ölkə kuboku Masallıya gəlir.
Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən ölkə kuboku yarışlarına yekun vurulub.
Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu həvəskar komandalar arasında ölkə kubokunun sahibi olub.
Final qarşılaşması, iyulun 22-də Bakı şəhərindəki “ASKO Arena” stadionunda baş tutub. “Topçular” (Bakı) futbol klubu ilə görüş maraqlı anlarla yadda qalıb.
Oyunun əsas hissəsi 5:5 hesabı ilə yekunlaşsa da Masallı idmançıları əlavə vaxtda önə çıxmağı bacarıblar. Rəqib komanda üzərində inamlı qələbə (7:5) qazanan “Ərkivan” (Masallı) FK ölkə kubokunu qazanıb./Masallı-ih.gov.az