Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı şagird məktəbi xüsusi nailiyyətlərlə bitirdiyi üçün qızıl nişanla təltif olunub


Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Masallı rayonu Sığıncaq kənd M.Qarayev adına tam orta məktəbin 11-ci sinif şagirdi Cəfərov Rövnəq Fərəc oğlu ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduğu üçün qızıl nişanla təltif olunmuşdur.

Qeyd edək ki, Rövnəq ardıcıl olaraq 4 dəfə Respublika Fənn Olimpiadalarının qalibi olmaqla yanaşı, ali məktəblərə qəbul üçün keçirilən imtahanlarda 632 bal toplamışdır.

Bu münasibətlə Rövnəqi təbrik edir, ona təhsilində müvəffəqiyyətlər arzu edirik.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10