Milli mətbuatımızın bşlanğıcı hesab edilən “Əkinçi” qəzeti siyasi, elmi, texniki və digər mövzulara geniş yer ayırıb. Qəzetə nəzər yetirdikdə kollektivin dövrün elmi yenilikləri barədə xəbərdar olduğu aşkar hiss olunur.
“Çəkmə geyməkdə bir günah yoxdur və hər kəs fikir eyləsə görər ki, çəkmə geyməklə insan müsəlmanlıqdan çıxmaz. Amma bir şəxs... başmaq yerinə çəkmə geyəndə şüəralar onu həcv edir, mollalar ona mənbərdən lənət oxuyur, əvamünnas salam verməyir, xülasə hamımız birləşib onu kafir hesab edib, o qədər incidirik ki, biçarə naəlac qalıb öz millətini atıb gedib xaricilərlə üns tutur ki, onun övladı onların içində böyüyüb onların tərəqqisinə daxil olur. Əlbəttə, belədə nə qədər səy edək ki, buğda bitsin, olmaz. Alaq otları artacaq və bir qərinədən sonra onları biçib əvəzinə qeyrə hasil edəcəklər".
"İspaniya məmləkətinin bir kəndində bir təvanə kəs vəfat edən zaman üstə keşiş gətirmədiginə, keşiş deyib ki, belə şəxsin ruhunu şeytan özü gəlib cəhənnəmə aparır. Meyid basdırılandan irəli ol şəxsin evinə bir əcayib paltarda uzunquyruq və əlində məşəl surət daxil olub ki, hamı görüb, şeytan – deyib qaçıb. Bir kişi bu qeylüqalı eşidib əlində tüfəng içəri daxil olanda, ol surət onun üstə gedib. Bu halda tüfəng atılıb ona dəyib. Sonra onu soyundurub görüblər ki, zikr olunan keşişdir”.
"Qeyri millətlər kimi elmi-əbdanı elmi-ədyandan ayırıb, onun üçün qeyri məktəbxana bina edib, qeyri müəllimlər təyin etməliyik”.
"Millət, dövlət qeyrəti çəkən qardaşlar, gərək xəyalati–qəvaidi–mövhumiyyəti kənara qoyub, bacarıq və qüvvə sahibləri əsbab, aləti-tərəqqiyat və məktəbxanələr bina edib, maşın və ustadlar gətirib ətraflı qaidə-ülum ilə tərbiyyət etsin, ta kəm-kəm xəlq baxəbər olub, öz məaş əbdanlarına lazım olan işləri əmələ gətirsinlər”
"İndi elm sahibləri səy edirlər ki, kotanı su buğu ilə işləyən maşınla işlətsinlər və belə maşınlar qayırıblar ki, bir tağar yeri bir saatda şumx edir".
"Buğdanı bir yerdə bir neçə il dalbadal əksək hasil ilbəil az olar. Ona binaən yaxşıdır ki, bir il buğda əkəndən sonra, yer bir il dincəlsin və ya buğdadan sonra o yerdə bir neçə il qeyri şey, məsələn qarğıdalı, kartofel, tənbəki, yerkökü və qeyri kökü dərinə gedən şey əkəsən. Xülasə yer dincəlməyə qalanda bir il keçəndə buğda əkmək olar".
"Məlumdur ki, hər kəsin mahnıdan xoşu gəlir, səsi olan da... olmayan da könlü istəyən vaxt mahnı oxuyur. Bu səbəbə mahnı çox vacib şeydir, ona binaən, onun mənasını yaxşılaşdırmaq səyinə düşmək lazımdır. Hər tayfanın... keçmişdə olan yaxşı və yaman günlərini şərh edən mahnıları olur; bunlar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur. Amma bizim mahnılara baxan gərək təəccüb eyləsin, xüdabəndə, onları kim və nə üçün düzəldib! Onların çoxunu ki, avam çağırır, heç mənası yoxdur.".
"Bəs qəzeti necə çıxardım? Pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq da oxuyan olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır"./lent.az