Dünya ulduzlarının gözəllik sirləri barədə məlumat veririk.
Hollivud ulduzu Xelli Berri nəmləndirici kremlərdən istifadə edir və üzünə əsla pudra vurmur.
Müğənni Cennifer Lopes üzü və boynunun qırışmaması üçün kürəyi üstə yatır.
Müğənni Beyons günəş kremindən çox istifadə edir.
Modelyer Vera Vonq üzünə uşaqlar üçün nəzərdə tutulan yağlardan çəkir və məşhur "Johnson’s Baby" kremi qatılmış su ilə vanna edir.
Aktrisa və model Eva Menders dəri altına sap yeritməklə üz dərisini gənc saxlayıb.
Çox boyadığına görə aktrisa Kira Naytlinin saçları xeyli seyrəlib. Bir ara keçəlləşən aktrisa 5 il parikdə gəzib. Qızı doğulduqdan sonra saçları əvvəlki görkəmini bərpa edib.
Model Peris Hilton maqnitli kipriklərdən istifadə edərək, makiyajını 5 dəqiqədə tamamlayır.
Model Bella Hadidin tülkü gözlərini çox qadınlar sevir. Amma bilmirlər ki, o bu effektə adi teyp vasitəsilə nail olur.
Kim Kardaşyan dərisini babasil üçün nəzərdə tutulan kremlərlə gözəlləşdirir.
Müğənni Meraya Kerri dodaqları ətli görünsün deyə onlara istiot və nanə yağı çəkir.
Aktrisa Ancelina Coli gəncliyini qorumaq üçün bədəninə balıq kürüsü çəkir.
Aktrisa Ketrin Zeta Cons saçlarını Bakıdan onun üçün xüsusi aparılan qara kürü ilə maska edir.
Hersoginya Keyt Middlton arı zəhəri ilə maska etdirməyi sevir.
Ledi Qaqa üzündəki makiyajı silmək üçün skotçdan istifadə edir./lent.az