Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda DƏHŞƏT: Yarım milyon mənimsəyən qadın prokurorluğun binasından özünü atdı - YENİLƏNİB


İyulun 19-da Mingəçevir şəhər prokurorluğunda bir neçə şəxsin ümumilikdə 413 min manat məbləğində pul vəsaitinin ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (külli miqdarda dələduzluq) istintaq edilən cinayət işi üzrə 32 yaşlı Aslanova Turalə Natiq qızı müqavilə əsasında xidmət göstərən vəkili Kiçikbəyov Emin Atabəy oğlunun iştirakı ilə dindirilməsi üçün şəhər prokurorluğuna dəvət edilmişdir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, istintaq hərəkətinin gedişində Turalə Aslanova şəhər prokurorluğunun inzibati binasının 2-ci mərtəbəsində yerləşən dindirmə otağının pəncərəsindən özünü yerə atıb və nəticədə ağır bədən xəsarəti alıb.

T.Aslanova dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Təcili tibbi yardım şöbəsinə çatdırılıb, lakin ixtisaslaşdırılmış həkimlərin göstərdiyi bütün tibbi yardımlara baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Hazırda baş vermiş hadisə ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır.
 

***

22.09

Mingəçevirdə qadın prokurorluq binasında intihar edib.

Şəhər sakini Aslanova Tualə Aslan qızı ifadə vermək üçün şəhər prokurorluğuna gəlib. O ifadə verən zaman özünü 2-ci mərtəbədən atıb.

Qadın aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən ölüb.

Araşdırma aparılır./lent.az
 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10