Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kremlin mafioz kodu: Rusiya matryojka kimi dağılacaq


Rusiyanın cinayətkarlar tərəfindən idarə olunmasının uzun tarixi var.

 Reyting-ə istinadla xəbər veririk ki, bu barədə “Project Syndicate” saytı yazıb.

Təhlildə qeyd olunur: 

Stalinin casuslarından biri olan Aleksandr Orlovun hekayəti sovet rejiminin cinayətkar meyllərini vurğulayır. 1936-cı ildə İspaniyaya məxsus qızıl ehtiyatlarının Madriddən Moskvaya köçürülməsi ilə bağlı əməliyyata rəhbərlik etmiş Orlov əməliyyatdan sonra sağ qalan yeganə şəxs idi və Qərbə qaçdı. Xaricə getməzdən əvvəl o, İspaniyadakı sovet rezidenturasının bütün əməliyyat fondunu oğurladı. Ancaq Stalin onu öldürmədi, çünki Orlov missiyanı və sovet casuslarının böyük şəbəkəsini ifşa etməklə hədələdi.

“Wagner Group”-un rəhbəri Yevgeni Priqojin də qiyam qaldırsa da, indiyədək eyni aqibətlə üzləşib. Onun muzdluları dövlətdən vəsait almağa davam edir və şayiələr yayılıb ki, müsadirə edilən silahlar və külli miqdarda pul Priqojinə qaytarılıb. Bu, Priqojinin prezident Vladimir Putinin “pul kisələrindən” biri olduğunu isbatlayır. Ya da o, Putinin pullarını harada gizlətdiyini bilir və ya onu şantaj edə bilər.

İyunun sonunda Putin, Priqojin və “Vaqner”in yüksək səviyyəli komandirləri arasında görüş cinayətkar ailələr arasında mübahisələrin aradan qaldırılmasına dair mafioz üslubu kimi başa düşülür.

Priqojinin taleyi necə olursa-olsun, “Vaqner”in qiyamı göstərir ki, Rusiyada hakimiyyət, çoxlarının düşündüyü qədər, mərkəzləşmiş deyil. Qərb ekspertləri Rusiyaya müasir dövlət kimi baxmaqda davam etsə də, onlar təhlükəsizlik xidmətlərinin, xüsusən, sovet KQB-sinin varisi olan FSB-nin və mütəşəkkil cinayətkarlığın qarışımın – Putin çevrəsinin dövlətə şəxsi domen kimi nəzarət etdiyini görmür. Kreml əmlakı neofeodal qaydada bölüşdürür. Postsovet Rusiyasında mülkiyyət “şərtid"ir: mütləq hakim həmişə onu sizdən geri ala bilər.

"Matryoşka" kuklası kimi, putinizm - mütləq şəkildə Putinin hakimiyyəti deyil, onun və yaxınlarının yaratdığı sistemdir. Ukraynadakı müharibə "matryoşka"nın xarici təbəqəsini sındırdı və daxilindəki cinayətkar təşkilatlara yeni muxtariyyət dərəcəsi verdi. Gələcək daxili çəkişmələr qaçılmaz görünür.

Çoxsaylı özəl orduların mövcudluğu bu hakimiyyət oyunu ilə ölkədə sabitliyi pozacaq. Bu fonda rus ordusu hakimiyyət və mülk uğrunda mübarizə aparan əlahiddə qrupa çevrilib. Kremlin hakimiyyəti zəiflədikcə Rusiya generalları çox güman ki, Putinə və onun KQB/FSB yaxınlarına – ordunun tarixi rəqibinə qarşı çevriliş təşkil edəcəklər.

Ordunun zabit təbəqəsinin rejimdən uzaqlaşdırılması sürətlə davam edir, bunu əvvəllər 58-ci ordunun komandiri olmuş İvan Popovun Ukraynadakı hərbçilərin çıxılmaz vəziyyəti barədə danışdığına görə işdən çıxarılması nümayiş etdirib. Ola bilsin ki, belə bir variantı gözləyən Putin, bilavasitə onun nəzarətində olan Milli Qvardiyanı artıq ağır silahlarla təmin edir.

Hələlik Rusiya ictimaiyyətinin putinizmi dəstəklədiyi görünür. Priqojinin Moskvaya yürüşü rejimə qarşı geniş etirazlara və ya üsyanlara səbəb olmadı. Həm də mənasız və dəhşətli müharibəyə qarşı. Lakin Rostov-Donda bəzi vətəndaşlar Priqojin və onun dəstəsinə rəğbət bəslədiklərini bildirdilər, digərləri isə başqa şəxsi orduları dəstəkləyə bilər. 

Bu, Putinin son 23 ildə qurduğu siyasi sistemin təcəssümüdür.

Priqojinin qiyamının ən bariz dərsi odur ki, Putin Qərblə necə rəftar edirsə, Priqojin də Putinlə o cür də rəftar edir. Priqojinin Moskvaya yürüşü və onun düşməni, müdafiə naziri Sergey Şoyquya qarşı isterik aqressiyası, mafiozun öz qurbanını qorxutmaq cəhdini xatırladırdı./Yenisabah.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10