Bu, həmin universitetdə təhsil alan 2-ci masallılıdır
Cenub.az-ın əldə etdiyi məlumata görə Masallının Mollahəsənli kənd R.Əliyev adına tam orta məktəbinin 2015-ci il məzunu olmuş Məmmədova Nərgiz Rövşən qızı ABŞ-ın Harvard Universitetinin magistratura pilləsinə qəbul alıb.
Nərgiz Məmmədova İqtisadiyyat fakültəsi üzrə Bakalavr təhsilini 2015-2020-ci illərdə ADA Universitetində, Birinci Magistratura təhsilini isə 2020-2022-ci illərdə Rusiyanın Ali İqtisadi Məktəbində almışdır.
İkinci Magistratura təhsilini “2022-2026 Dövlət Proqramı” çərçivəsində namizədliyi müsbət dəyərləndirildiyi üçün bundan sonrakı təhsilini Amerikanın nüfuzlu Harvard Universitetində Beynəlxalq İnkişafda Dövlət İdarəçiliyi (Master of Public Administration in International Development, MPA/ID) ixtisası üzrə alacaq.
Cenub.az bildirir ki, Nərgiz Məmmədova 2015-ci il qəbul imtahanlarında 600 bal toplamışdı. O, Masallının Təklə İnzibati Ərazi Dairəsinə daxil Mollahəsənli məktəbimizin tədris işləri üzrə direktor müavini Afət Məmmədovanın qızıdır.
Xatırladaq ki, bundan əvvəl əslən ərkivanlı, hazırda ABŞ-da yaşayan professor Qorxmaz Mikayılovun oğlu da bu Universitetinin məzunu olmuşdur.
Ümumiyyətlə ABŞ Universitetlərində təhsil alan masallıların sayı 10-dan artıqdır.
Cenub.az. Zahir Əmənov
İstinad məcburidir.