Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qana susayan, yumurtadan qorxan, böcək yeyən MƏŞHURLAR


Məşhurların maraqlı və qəribə vərdişlərini təqdim edirik.

Aktrisa Neslihan Atagül uşaq vaxtı nənəsindən eşitdiyi ən abırsız söyüşləri ailə üzvlərinə, məktəb yoldaşlarına söyləməkdən xoşlanırmış.


 Komediya ustası Büşra Pekinin Hacıxanım olduğunu bilirdiniz? Dostları ona “Hacı” deyə müraciət edirlər.

Milyarder müğənni və iş qadını Rihanna orta məktəbi bitirməyib. Karyerasına görə təhsilini yarıda buraxıb.

Aktrisa Serenay Sarıkaya totemlərə inanır. O, özünə bir arzu dəftəri tutub. İstədiyi hər şeyi bu dəftərə yazınca çin olacağına inanır və bu belə də olur.

Kıvanc Tatlıtuğ brend və bahalı markalardan paltar alıb geyinməsi ilə öyünən adamlara nifrət edir. Bu ona gülünc gəlir.

Bensu Soral anasının ona verdiyi dəsmalı uğurlu hesab edərək özü ilə hər yerə aparır.

İrem Derici burnunu 3 dəfə əməliyyat etdirərək kiçildib. İlk dəfə 16 yaşında başını divara vurub, öz burnunu qırıb ki, valideynləri əməliyyat etdirsinlər.

Hazar Ergüclü danışarkən hamıya “abi” deyə xitab edir.

Nur Fettahoğlu bəd nəzərdən çox qorxur, buna görə üzərində daima müxtəlif aksessuarlar gəzdirir.

Bülent Ersoy tək rəqəmlərdən qorxur.

Hande Erçel ayaq pəncələrinə nifrət edir.

Seren Serengil getdiyi restoranlara itlərini də aparır, onlara çini qablarda yemək verilməsini tələb edir.

Ancelina Coli böcək yeməyi və qan içməyi sevir. Bıçaqlarla oynamaq hoibbisidir.

Qorxu filmləri ilə tanınmış Alfred Hiçkok içindən nə çıxacağını bilmədiyi üçün yumurtalardan qorxurmuş.

Devid Bekhemin simmetriya xəstəliyi var. Evində səliqəsizlik olanda dəliyə dönür.

Demi Mur arıqlamaq üçün bədəninə zəli yapışdırmaqdan zövq alır.

Conni Depp Barbi kuklalarını kolleksiya edir.

İlker Kaleli lunatikdir, yuxuda gəzir.

Necati Şaşmaz hər gün 80 stəkan çay içir.

Kadir İnanır qurbağaları çox sevir. Akvariumda qurbağa bəsləyir, evində qurbağa fiqurları üstünlük təşkil edir.

Ben Afflek gözəl qadınlardan qorxur.

 İbrahim Tatlıses balqabaqdan qorxur. 

lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10