Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı rayon hərbi komissarlığında özbaşınalıq: Ölümlə çarpışan ananın yeganə övladını məcburi maşına basıb hərbi xidmətə apardılar - VİDEO


Redaksiyaya daxil olan videoda - Abışov Faiq bildirir ki, yeganə tək övladı Masallı rayon hərbi komisarlığının əməkdaşları başda olmaqla onun oğlunu məcburi maşına başaraq Naxçıvan bölgəsinə hərbi xidmətə aparıblar. Anası ağır dializ xəstəsidir, 95 % əmək qabiliyyətini itirib, demək olar yalnız nəfəsi gedir gəlir.

Amma buna baxmayaq ölümlə çarpışan anaya baxan tək oğlu aprel ayında gəlib zorla maşına mindirib apardılar hərbi xidmətə. Anaya baxacaq başqa övlad da yoxdur. Hal-hazırda ananın sağlamlıq durumu ağırdır, ona baxan və qəyumluğda yoxdur.

Belə halda qanunvercilik övladın hərbi xidmətə aparılmasına möhlət hüququ verir amma Masallı rayon hərbi komissarlığı bu qanunları saya salmadı, bilərəkdən uşaqı daha ağır cəbhə bölgəsinə göndərdilər. Ölümcül vəziyyətdə olan ana dəfələrlə Masallı rayon hərbi komisarı Vüsal Şirinova dəfələrlə müraciət etməsinə baxmayaraq onu da saya salan olmayıb, heç veclərinədə deyil! 

Bir ananın övladını 3200 metr yüksəklikdə dağın başına qaldırırlar amma övlad barədə  anaya bir məlumat vermirlər, hansı ki, ana birinci qrup əlildir, özünü belə idarə edə bilmir. Azərbaycan qadınına bu qədər hörmətsizlik olar? sonda Abışov Faiq ölkə başçısı və digər adiyyəti qurumlardan kömək istəyib. 

Sözügedən video şikayəti  oxuculara təqdim edir:


Yazıda və videoda adı çəkilən hər kəsin mövqeyin tanıyırıq  

Gundelikxeber.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10