Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çəpərüstü söhbət 31 iyul 2010||--||



Çəpərüstü söhbət 31 iyul 2010




- Yox, bacılı. Səbəb başqadır. Kişinin qonağı gileylənib soruşdu ki, bu üzübozlara siz nəyi qandırmaq istəyirsiniz? Soruşduğuna özü də cavab verdi ki, sözü o adama deyərlər, onun mənəviyyatı - ləyaqəti, mənliyi, vicdanı,.. əslinə-nəslinə hörməti olsun. Yoxsa, indiki bəzi məmurlar kimi? Yaxşı pul versələr, bəzisi dədə-babasını da satlıq məhsul kimi mal meydanına çıxardar. Guya siz mənəviyyatla bağlı 5-10 söz yazdınız, klassiklərdən bir-iki sitat gətirdiniz, bunlar da oxuyub murdarlıqlarından, cöngə düşüncəsindən əl çəkəcək.

- Demədin ki, biz təkcə onlar üçün yazmırıq, xalq üçün deyirik də.

- Qıza, nə xalqbazlıqdır. Hələ 200 il əvvəl Məhəmməd Şah Qacar deyib: �Çox da tərifləmə mənə Vətəni, bu qılınc olmasa, yeyərlər məni�. Haqqını müdafiə etdiklərimizə 5-10 manat versələr, çoxu üzümüzə durar. Həsən bəy Zərdabi, Mirzə Cəlil də vaxt ilə özünü sökdü-dağıtdı. Xeyri nə oldu? Onların tənqid etdikləri haramzadələrin nəvələrinin, nəticələrinin indi xaricdə villaları, yaxtaları,.. O bədbəxtlərin nəyi qaldı? Nə isə. Elə bu sözün qüvvəti, hirsli-hirsli evdən çıxırdım ki, qonşuluğumuzdakı özündən razı kişilərdən biri: �Təzə qəzet var? Bir dənə ver oxuyaq da�,- deyə mənə sarı gəldi. Dedim, biz qəzet yazanıq, satan deyilik. Qəzet oduye kioskda. Dedi ki, müftə oxumağın ləzzəti başqadır. Qulağımın birin kəs, amma mənə �qəzet al� demə. Mən ki, sizin pərəstişkarlarınızdanam. İntəhası nəvəmə bir balaca vəzifə söz veriblər, alınmasa, gör, nə qiyamət qopardacağam. Bir də elə kişi var ki, onun arxasınca gedəsən? Dedim ki, elə kişinin biri sən, papağın var, pulun var, fil boyda cəmdəyin, gur səsin � ömrü boyu kimlərinsə dalınca getməlisən? Bir dəfə də qabaqda get, sənin dalınca getsinlər də.

Beləcə mübahisəmiz qızışdı. Bu vaxt yaxınlıqda yaşayan, təzə işdən çıxan məşhur yaltaqlardan biri bizə yarınmaq üçün, əzilə-əzilə: �Mən sizinləyəm, mən sizinləyəm, hara deyirsiniz, kiminlə deyirsiniz vuruşmağa hazıram�. Onun bir eninə baxdım, bir uzununa, bəd-bəd əməllərini yadıma salıb, açdım gül ağzımı. Dedim, əşi, birinci biz heç hara hücum etməyə hazırlaşmırıq, ikincisi də, hücum etsək, məqsədimiz o olacaq ki, sənin kimilərdən kənd-kəsəyi təmizləyək. Nə qədər peyğəmbərdən misal çəkə-çəkə peyğəmbər balalarının haqqını yeyəcək, yaxud onlara zülm edənlərə məddahlıq edəcəksən? Dedim ki, hamı bilir, bahalı kostyum, bahalı papaq geyinsən də, qulsan. O vaxt rəhmətlik Sokrat da deyib ki, qul insan deyil, ağanın əlində bir alətdir-istəsə ağa bu aləti işlədər, istəsə başqasının təpəsinə çırpar, istəsə də lazımsız bir zibil kimi hara gəldi tullayar.

- Bəs o nə dedi?

- Elə bildim, hirslənəcək. Əksinə, irişə-irişə dedi ki, bundan rahat yol yoxdur. Kişi var yaltaqlıqla 10-15 ailə saxlayır. Bir çayxanalara çıx. Hər müdirin hər çayxanada bir-iki dəllalı var. İndi siz deyən söhbətlər, qışda yetişən çiyələyə oxşayır, heç kim yemək istəmir. Yaxşı pulun var, ver, sənin yaltağın olum. Bizim şərqdə bu sənəti hörmətdən salıblar, xaricilər bizim kimi yaltaqlara, dəllallara �lobbi� adını verib, dünyada məşhurlaşdırırlar. Elə indiki biznesmenlərə də keçmişdə alverçi, �spukliyant� və sair adlar verib biabır etmişdilər. İndi onların çoxu hacı, kərbəlayı, el ağsaqqalı və sairdir.

- Ya səninlə söhbət eləyənlərin başına gun vurub, ya sənin. Bu gün heç adam kimi söhbət eləyənə oxşamırsan. Hirs vurub beyninə, özünü-sözünü bilmirsən. Get, bir az ayran iç, gələn dəvə oturub, adam balası kimi söhbət eləyərik.

Sərraf Zahir 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10