Bəlli olduğu kimi bütün bölgələrdə olduğu kimi Lənkəran-Astara iqtisadi rayonunda da idarələr sürətlə regionlaşır. Artıq bütün iqtisadi rayonlarda bu proses dövlət qurumlarının yarıdan çoxunu əhatə edir. Bizə bəlli olan, hazırda regionlaşan, qismən regionlaşan, eləcə də hələlik regionlaşmayan idarələr barədə ilkin məlumatı sizə təqdim edirik.
Qeyd. İzləyicilərdən xahiş edirik ki, bu yazı FB səhifəmizdə paylaşıldıqdan sonra adı bu siyahıya düşməyən, yaxud səhv düşən idarələr haqqında məlumatı da şərh bölməsində siyahıya əlavə etsin.
1. Regional Lənkəran-Astara Təhsil İdarəsi- Mərkəz Lənkəran.
2. Regional Lənkəran-Astara Mədəniyyət İdarəsi- Mərkəz Lənkəran.
3. Regional Telekommunikasiya İdarəsi – Hələlik mərkəzi Masallı olmaqla Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı Yardımlı Telekommunikasiya idarələrini əhatə edir.
4. Regional DSMF idarəsi - Mərkəzi Cəlilabad olmaqla Biləsuvar, Yardımlı, Masallı rayonlarını əhatə edir. Bu qurumun Lerik, Lənkəran, Astara şöbələri mərkəzi Lənkəran olmaqla həmin şəhər yerləşir.
5. Regional Aqro-Lizzinq İdarəsi. (Cəlilabad Mərkəz olmaqla 3 bölümdən ibarətdir -Astara. Lənkəran və Lerik Lənkəranda, Yardımlı, Masallı Cəlilabad rayonları Cəlilabaddakı, Biləsuvar, Salyan və Neftçala Salyan mərkəz olmaqla birləşib.
6. Regional Meşə Təsərrüfatı İdarəsi (Bir mərkəzi Lənkəranda olmaqla Lənkəran, Lerik və Astara, digər Mərkəzi Masallıda olmaqla Masallı, Yardımlı və Cəlilabad rayonlarını əhatə edir.
7. Regional Gənclər və İdman idarəsi - Mərkəz Lənkəranda olmaqla 6 cənub rayonunu əhatə edir.
8. Regional - 22 saylı Yerli Xəzinə İdarəsi. Mərkəz Lənkəran olmaqla, 6 cənub rayonunu əhatə edir.
9. Regional Poçtamt . Mərkəzi Cəlilabad olmaqla Astara, Lənkəran, Yardımlı, Masallı, Lerik və Masallı rayonlarını əhatə edir.
10. Regional Əmlak Komitəsi – Bir mərkəzi Cəlilabadda olmaqla Masallı, Yardımlı və Cəlilabad rayonlarını, digər mərkəz Lənkəranda yerləşməklə Lənkəran, Lerik və Astara rayonlarını əhatə edir.
11. Mərkəzləri Lənkəran və Cəlilabadda yerləşməklə Reyestr xidməti cənub bölgəsinin 6 rayonunu əhatə edir.
12. Regional Vergi - 6 saylı vergilər idarəsi mərkəzi Lənkəran olmaqla cənub bölgəsinin 6 rayonunu əhatə edir.
13. Lənkəran Regional Qida Təhlükəsizliyi idarəsi. 6 cənub rayonunu əhatə edir.
14. Lənkəran Regional -Narkotiklərlə Qarşı Mübarizə İdarəsi. 6 cənub rayonunu əhatə edir.
15. DİN-in cənub bölgəsi üzrə Mətbuat Xidməti. Lənkəranda yerləşir.
16. Regional Dövlət Avtomobil nəqliyyat xidməti. 6 cənub rayonunu əhatə etməklə Lənkəranda yerləşir.
17. Lənkəran Rayonlararası Avtomobillərin qeydiyyatı idarəsi. Mərkəz Lənkəran olmaqla 6 cənub rayonunu əhatə edir.
18. Regional Psixi Dispanser mərkəz Lənkəran olmaqla cənub bölgəsinin 6 rayonunu əhatə edir.
19. Lənkəran mərkəz olmaqla 6 cənub rayonunu əhatə etməklə regional Dəri və Zöhrəvi xəstəliklər xəstəxanası.
20. Mərkəz Lənkəran olmaqla 6 cənub rayonunu əhatə etməklə Regional Əmək Müfəttişliyi.
21. Mərkəz Lənkəran olmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı cənub regional idarəsi.
22. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi. 6 cənub rayonunu əhatə edir. Mərkəz Lənkəran.
23. “Azərişıq” MMC-nin Lənkəran regional idarəsi. 6 cənub rayonunu əhatə etməklə.
24. Mərkəzi Lənkəran olmaqla Regional Qaz istismarı İdarəsi. Cənub bölgəsinin 6 rayonunu əhatə edir.
25. Cenub Regional Gömrük İdarəsi. Cənub bölgəsinin 6 rayonunu əhatə edir.
26. Lənkəran Ağır Cinayətlər Məhkəməsi.
27. Regional (Şirvan) Apelyasiya Məhkəməsinin Masallı nümayəndəliyi. Masallıda yerləşir.
28. Regional Lənkəran Televiziyası. Lənkəranda yerləşir.
29. Lənkəran Sərhəd Dəstəsi.
30. Regional Su Kanal idarəsi. Lənkəranda yerləşir.
31. Regional Yanğından Mühafizə dəstəsi. Lənkəranda yerləşir.
32. Regional İslah Əmək düşərgəsinin qadın koloniyası. Lənkəranda inşa edilən koloniyada yerləşdirilməsi nəzərdə tutulub.
33. Regional Masallı Asan xidmət. Masallıda yerləşir.
34. Regional laboratoriya idarəsi. Lənkəranda yerləşir.
35. Ədliyyə nazirliyinin regional idarəsi. Lənkəranda yerləşir.
36. Bələdiyyələrin Regional Assosiasiyası. Lənkəranda yerləşir.
37. Ombudsman idarəsinin cənub bürosu. Masallıda yerləşir.
38. Azərbaycan Yazıçılar birliyinin cənub bürosu. Lənkəranda yerləşir.
39. Dövlət Miqrasiya Xidmətinin Lənkəran bölməsi.
40. Dövlət Məşğulluq Agentliyinin Regional şöbəsi. Lənkəranda yerləşir.
41. Sosial Xidmətlər Agentliyinin regional şöbəsi. Lənkəran.
1. Rayon Polis Şöbəsi.
2. Rayon Prokurorluğu
3. MTN-nin rayon şöbəsi.
4. Viləşçay Su Anbarı idarəsi. Masallı.
5. Dövlət Aqrar inkişaf Mərkəzi.
5. Kommunal Təsərrüfat Xidmətləri idarəsi.
6. Rayon Yaşıllaşdırma İdarəsi.
7. Səfərbərlik və Çağırışa qədər yaşlı gənclərlə iş idarəsi. Yaxın həftələrdə regionlaşacağı gözlənilir.
7. Rayon Statistika idarəsi.
8. Rayon Mərkəzi Xəstəxanası.
9. Rayon Baytarlıq İdarəsi.
Qeyd: Göründüyü kimi 40-dan artıq idarə Mərkəz Lənkəran olmaqla regional İdarəyə çevrilib.
Bir neçə regional idarə isə hələlik mərkəz Lənkəran, Masallı və Cəlilabad olmaqla tam regionu əhatə etməsə də, həmin rayonlarda yerləşir.
Bu ilin sonuna kimi yerli icra hakimiyyətləri daxil birləşmə tam başa çatdıqdan sonra həmin qismən regionlaşan idarələrin də mərkəzinin Lənkərana köçəcəyi gözlənilir.
Cenub.az