Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Putin üçün xüsusi qatar hazırlandı - idman zalı, kosmetoloq kabineti, reanimasiya otağı və daha nələr...


Rusiya prezidenti Vladimir Putinin Rusiyanı gəzdiyi qatar büdcəyə təxminən 7 milyard rubla (77 milyon 433 milyon ABŞ dolları) başa gəlib.

Xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Dosye Mərkəzinin araşdırmasında deyilir.

Jurnalistlər bununla bağlı informasiyanı əsas mənbədən, “Sirkon Service” şirkətindən alıblar. Bu şirkət prezident aparatına xidmət edir.

Araşdırmaçıların yazdığına görə, 2017-ci ilin martında “Sirkon Service” xüsusi idman və fitnes qatarının tikintisi üçün sifariş alıb. Burada idman zalı, hamam belə mövuddur.

Jurnalistlərin sözlərinə görə, kosmetoloq kabinetində kosmetik vasitələrlə yanaşı, reanimasiya üçün lazım olan bütün avadanlıqlar, o cümlədən süni nəfəs aparatı və defibrilator var. Həmin kabinet tam səs izolyasiyasına malikdir.

Bundan başqa, prezident qatarı xüsusi bufer sistemi ilə təchiz olunub ki, bu da qatara, məsələn, körpünün altından keçərkən televiziya siqnalını itirməməyə imkan verir.

“Dosye”yə görə, xüsusi qatarın tərkibinə 22 vaqon daxildir, lakin adətən onların 10-dan istifadə olunur. Araşdırmaçılar “Sirkin Service”in Putin üçün daha bir neçə vaqon hazırladığını müəyyənləşdiriblər. Söhbət multimedia mərkəzi olan vaqondan və başqa bir idman və fitnes vaqonundan gedir. Bundan əlavə, şirkət xüsusi kommunikasiyaları olan iki vaqon-restoran hazırlayır.

 

Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10