Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

LARTİ. Nələri deyirlər, nələri demirlər?


Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə bir sıra təhsil müəssisələrində tikinti, əsaslı təmir və cari təmir işləri həyata keçirilən məktəblər.

LARTİ əhatə etdiyi rayonlar – Astara, Lənkəran, Masallı, Cəlilabad, Lerik və Yardımla rayonları üzrə məktəb tikintiləri və təmiri üzrə məlumat yayıb. Məlumat tam və əhatəli olmasa da, əvvəlki məlumatsızlıqdan yaxşıdır.

Biz bu məlumatlar sırasında daha nələri görmək istərdik?

Hər rayonda tikilən, təmir olunan məktəblərlə yanaşı hər rayonda təmirsiz, bərbad vəziyyətdə olan (şagird sayı göstərməklə) məktəblər də göstərilsin. Məsələn,  Masallı  rayonunda rəsmilərin elan etdiyinə görə, 95 məktəbdən 25-i bərbad vəziyyətdədir. Əgər bir ildə cəmi 2 (biri 180, biri 90 yerlik=cəmi 270 yerlik) məktəb tikilirsə, biz neçə ilə həmin 25 illik bərbad məktəb  həddini aşa biləriikmi?. Hansı həmin bərbad vəziyyətdə olan məktəblərində 10-dan artığının şagird tutumu 500 nəfər ətrafındadır.

Hazırda tikilən və təmir edilən məktəblərdə  şagird sayı göstərilmir ki, əməlli- başlı təhlil edəsən.

Çox maraqlıdır ki, region üzrə tikilən və təmir edilən uşaq bağçalar haqqında heç bir məlumat yoxdur.

Hələ tikilib, təmir edilib hazırda istifadəsiz qalan bir neçə yüzlük uşaq yeri olan bağçaları demirik. (Məsələn Masallıda Ərkivan qəsəbəsindəki (100 yer), şəhər  4 şəhər saylı (140 yer), Səmidxan kəndində (100 yer) tikilən  bağçalar belə tale yaşayır.

Ya hər şeyi açıq danışaq, ya da yarımçıq deyib ictimai rəyi azdırmayaq.

Aşağıda LARTİ-nin yaydığı məlumatı təqdim edirik.

Müvafiq olaraq 

Astara rayonu üzrə 4, 

Cəlilabad rayonu üzrə 8, 

Lerik rayonu üzrə 8,  

Lənkəran rayonu üzrə 2, 

Masallı rayonu üzrə 2 və 

Yardımlı rayonu üzrə 1 olmaqla ümumilikdə 13 yeni modul tipli, 3 əsaslı təmir,  

7 cari təmir və  2 yeni məktəb binasının tikinti işləri davam edir.


Ətraflı: https://www.facebook.com/lartiedu.gov.az/posts/pfbid0WsFYi8MB6Jj7F4d7Cz3uTDnu3

3 yeni modul tipli məktəb :

Astara rayonu Diqo kənd ibtidai məktəb 

Cəlilabad rayonu Vənlik kənd ümumi orta məktəb

Cəlilabad rayonu Söyüdlü kənd ibtidai məktəb 

Cəlilabad rayonu Sarxanlı kənd ümumi orta məktəb

Cəlilabad rayonu Moranlı kənd ümumi orta məktəb 

Cəlilabad rayonu Əsədli kənd tam orta məktəb

Cəlilabad rayonu Həsənli kənd ümumi orta məktəb

Lerik rayonu Anburdərə kənd ümumi orta məktəb

Lerik rayonu Buruq kənd ümumi orta məktəb

Lerik rayonu Kəlvəz kənd tam orta məktəb

Lerik rayonu Osyodərə kənd ibtidai məktəb

Masallı rayonunda Sarıcəfərli kənd ümumi orta məktəb 

Yardımlı rayonunda Cerinbel kənd tam orta məktəb 

3 əsaslı təmir və 2 yeni məktəb binası :

Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta məktəb

Lənkəran rayonu Mamusta kənd M.Fərzullayev adına tam orta məktəb

Cəlilabad rayonu Sabirabad kənd 2 nömrəli tam orta məktəb

Cəlilabad rayonu Sərhədabad kənd tam orta məktəb

Masallı rayonu Qəzvinoba kənd ümumi orta məktəb

7 cari təmir :

Astara şəhəri Ş.Qasımov adına 4 nömrəli tam orta məktəb

Astara rayonu Ərçivan qəsəbə N.Kərimov adına 3 saylı tam orta məktəb

Astara rayonu Sipiyəpart kənd tam orta məktəb

Lerik şəhər 3 nömrəli tam orta məktəb 

Lerik rayonu Vizəzəmin kənd tam orta məktəb 

Lerik rayonu Livədirqə kənd tam orta məktəb 

Lerik rayonu Nuravud kənd tam orta məktəb 

Qeyd edək ki, yuxarıda adları sadalananlardan əlavə olaraq digər məktəb binaların yeni tədris ilinin başlanmasınadək Lənkəran-Astara Regional Təhsil İdarəsinin üzrə daha 30 təhsil müəssisəsində cari təmir işlərinin görülməsi nəzərdə tutulub.


Təqdim etdi: cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10