Bir neçə həftə Masallı rayonunun Boradigah qəsəbəsindəki internetin bərbadlığını işıqlandırmışdıq. Eləcə də ölkənin bir çox aparıcı internet kanalları bu mövzuya həsr olunmuş yazılar, verilişlər paylaşdılar. Hələ bu mövzuda yazılan şeirləri, hazırlanan foto-montajları demirik.
Nəticə özünü çox gözlətmədi. Cenub.az-a verilən məlumata görə artıq Boradigah qəsəbəsinə sürətli internet xətt çəkilir, özü də sürətlə. Şəkildə gördüyünüz kimi artıq elektrik dirəkləri, digər lazımı avadanlıqlar əraziyə gətirilib.
Yəqin ki, yaxın həftələrdə Boradigah qəsəbəsinin sakınləri internet zülmündən xilas olacaq.
Bəs digər ərazilərə internet xoşbəxtliyi nə vaxt ayaq açacaq?
Masallı Rayon İcra hakimiyyətindən cemun.az-a verilən məlumata görə, hazırda bir neçə provaydır Masallı rayonunda sürətli internetin çəkilişi ilə məşğuldur.
“Uninet” MMC şirkəti tərəfindən Layihə əsasında işlənib, təhvil verilib:
Ərkivan qəsəbəsi və Masallı şəhərinin mərkəzi, eyni zamanda Lürən, Pircana, Yusifli, Musaküçə, Öncəqala, Hüseynhacılı yaşayış məntəqələrində qoşulmalar həyata keçirilmişdir.
Hal-hazırda işlər gedir: Şərəfə, Ağakişibəyli və Göyəçöl yaşayış məntəqələri (avqustun sonuna təhvil verilməsi nəzərdə tutulub)
Hal-hazırda işlər gedir: Viləş, Qızılağac, Şıxlar, I Yeddioymaq, II Yeddioymaq, Qasımlı yaşayış məntəqələri (Magistral xəttin verilməsi üçün yerlərə baxış keçirilir (Sentyabrın sonu təhvil verilməsi nəzərdə tutulub)
Layihəyə uyğun olaraq növbəti işlənəcək kəndlər: Banbaşı, Binə Xocavar, Böyük Xocavar, Çaxırlı, Kəlbəhüseynli, Sarıcəfərli, İmanlı, Bala Təklə, Köhnə Alvadı, Yeyənkənd, Xəlfələr, Abasbəyli, I Səmədxanlı, II Səmədxanlı, Alışanlı, Ətcələr, Qızılavar, Dəlləkoba, Bədəlan, Çayqıraq, Aşurlu, Dəmirçi, Böyük Kolatan, Bala Kolatan, Bağıroba, Sığdaş, Xanalion, Babaküçə, Ninalov, Məmmədrzaküçə, Əzizabad, Qodman, Qəriblər, İsi, Şıxlar, Dəmbəlov, Allahyarlı, Boradigah, Babaser, Mollaoba, Türkoba, Şatıroba, Qəzvinoba, Tüklə, Məmmədoba, Tyaqani, Hişkədərə, Mişkəmi, Miyankü, Kubin, Nəzəroba, Sirəbil, Xıl, Sərçuvar, Təzəkənd, Mahmudavar, Rüdəkənar və Mololon yaşayış məntəqələri (layihəsi hazırdır, növbəli şəkildə işlər görülür)
“SKYLİNK” MMC şirkəti tərəfindən
Hal-hazırda işlər gedir:
Böyük Kolatan, Bala Kolatan, Bağıroba, Sığdaş, Xanalion, Babaküçə, Ninalov (avqustun sonuna təhvil veriləcək)
Layihəyə uyğun olaraq işlənəcək kəndlər: Qızılavar, Dəlləkoba, Bədəlan, Çayqıraq, Aşurlu, Dəmirçi, Boradigah, Babaser, Mollaoba, Türkoba, Şatıroba, Qəzvinoba, Tüklə, Məmmədoba, Tyaqani, Hişkədərə, Mişkəmi, Miyankü, Kubin, Nəzəroba, Mahmudavar, Rüdəkənar və Mololon yaşayış məntəqələri (layihəsi hazırdır, növbəli şəkildə işlər görülür)
“Selnet” MMC şirkəti tərəfindən
Layihə əsasında işlənib təhvil verilib:
Bala Təklə, Şərəfə, Ağakişibəyli, Alışanlı, Ətcələr, I Səmədxanlı yaşayış məntəqələri (qoşulmalar həyata keçirilmişdir)
Hal-hazırda işlər gedir: Çaxırlı, Sarıcəfərli, Kəlbəhüseynli, İmanlı, Binə Xocavar və Əhmədli yaşayış məntəqələri (İyulun sonu təhvil veriləcək)
Layihəyə uyğun olaraq növbəti işlənəcək kəndlər: Banbaşı, Binə Xocavar, Böyük Xocavar, Çaxırlı, Kəlbəhüseynli, Sarıcəfərli, İmanlı, Bala Təklə, Köhnə Alvadı, Güllütəpə, Tatyanoba, Yolağac, Yeni Zuvand, Köhnə Zuvand, Əmirtürbə, Yeyənkənd, Xəlfələr, Abasbəyli, Təzə Alvadı, Meşəkənarı yaşayış məntəqələri (layihəsi hazırdır, növbəli şəkildə işlər görülür).
Verilən məlumata görə 2024-cü ilin sonuna kimi Masallı rayonun bütün yaşayış məntəqələri sürətli internetlə təmin olunacaq.
Cenub.az üçün hazırladı: Faiq Hüseynzadə