Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

19 uşağı öldürən şərbətə NƏ QATILIBMIŞ? - Özbəkistandakı faciəyə səbəb olan şirkətlər...


Özbəkistanda ən azı 19 uşağın ölümünə səbəb olan Hindistanın "Marion Biotech" əczaçılıq şirkəti öz məhsullarına maye yuyucu vasitələr, antifrizlər, boyalar və digər məmulatlarda istifadə olunan zəhərli materiallar qatırmış. 

Şirkət öz dərmanlarını yaradanda farmasevtik propilenqlikol əvəzinə daha ucuz sənaye propilenqlikolundan istifadə edib.

Bildirilir ki, şirkət "Maya Chemtech India"dan propilen qlikol alıb. Halbujki bu şirkətin də əczaçılıq materialları satmaq üçün lisenziyası olmayıb və yalnız sənaye dərəcəli preparatlar sata bilirdi.

İşi araşdıran müstəntiqin sözlərinə görə, "Marion Biotech" əczaçılıq şirkəti inqrediyenti Özbəkistanda satdığı şərbətlərdə istifadə etməmişdən əvvəl sınaqdan keçirməyib.

"Maya Chemtech India" hələ ki, ittiham olunmayıb, lakin araşdırma davam edir.

Xatırladaq ki, 2022-2023-cü illərdə "Marion Biotech"in istehsal etdiyi öskürəyə qarşı şərbətdən istifadə Özbəkistanda ən azı 19 uşağın ölümünə səbəb olub.

Dekabrın sonunda Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti cinayət işinin başlandığını, idxalçı “Quramax Medical” şirkətinin və Dərmanların Standartlaşdırılması Elmi Mərkəzinin vəzifəli şəxslərinin saxlanıldığını elan edib. Eyni zamanda, Özbəkistanın Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi "Marion Biotech"in bütün məhsullarının satışını dayandırıb.

Fevral ayında Özbəkistanın Əczaçılıq Agentliyinin və Dərmanların Ekspertiza və Standartlaşdırma Mərkəzinin keçmiş rəhbəri Sardor Kariyev həbs edilib.

Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10