Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ölü canlar məktəbi: Nə şagird müəllimi, nə də müəllim şagirdi tanıyır


Bu məktəbdə hamı bir birindən şikayətçidir. Müəllimlər direktordan, direktor da müəllimlərdən.

Cənub.az Xəzər TV-yə istinadla xəbər verir ki, söhbət Goranboy rayonun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən Kəlbəcər rayon 91 saylı orta məktəbindən gedir.

Həmin məktəbdə çalışan müəllim iddia edir ki, dərs ilinin başlanmasından sonuna qədər direktorun göstərişinə əsasən şagirdlərin, bəzi fənn müəllimlərinin ayaqları təhsil ocağına dəyməyib:

"Həmin şagirdlər nə məktəbi, onlara dərs deməli olan müəllimlər şagirdləri tanıyır".

Məktəbində ibtidai sinif müəllimi olan Mehdi Mirzəyev direktorun "qanun"larına tabe olmayaraq üzünü görmədiyi, dərs demədiyi şagirdlərə qayıblar yazıb:

"Amma onun digər müəllim yoldaşları direktorun göstərişi ilə "qiyabi" oxuyan şagirdlərə qiymətlər yazıblar".

Yenisabah






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10