Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Viləşçay Su Anbarının rəhbərliyi MEDİA Agentliyinə hansı saytdan şikayət edib?


Cenub.az saytına Masallı Rayonundakı  Viləşçay Su Anbarının rəhbəri Kərimov Rusif Şakir oğlundan şikayət  məktubu ünvanlanıb. R. Kərimov həmin məktubun bir surətini də redaksiyamıza göndərib. Həmin məktubu sizə təqdim edir və bütün maraqlı tərəflərin fikirlərini bildirməyə meydan verməyə  hazır olduğumuzu bəyan edirik.

Azərbaycan MEDİA Agentliyinə

Şikayətimlə bildirirəm ki, Azerinfo.tv adlı media qurumu vaxtaşırı olaraq rəhbərlik etdiyim Masallı Viləşçay Su Anbarı istismarı idarəsi və mənim haqqımda əsassız məlumatlar yayır, hər vəchlə məni və rəhbərlik etdiyim idarəni qərəzli şəkildə nüfuzdan salmağa çalışır.

Onun yazdığına görə, guya mən çoxlu qanunsuz işlər görürəm. Lakin ortada heç bir fakt yoxdur. Nəinki yoxdur, bu şəxslər medianın qızıl qanunlarına zidd olaraq qarşı tərəfin fikrini də öyrənmir. Nəinki öyrənmir, hətta onlarla əlaqə saxladıqdan sonra yalanları barədə təkzib vermir, yazını silmir.

Mən çox yazıb vaxtınızı almaq istəmirəm. Xahiş edir bir səlahiyyətli nümayəndənizi Masallıya göndərin, bütün ezamiyyə xərcinizi də biz ödəyərik. Təki gəlib bu böhtanları, eləcə də son illər rayonun abadlıq və ictimai işlərində necə fəallıq göstərdiyimizi araşdırsın. Bu işlərin arxasında kimlərin və niyə dayandığını da bilirik. Araşdırma zamanı hər şeyi detallı şəkildə təqdim edəcəyik.

Öncədən təşəkkür edirik.

Əlaqə telefonumuz

050 693 90 89

Masallı Viləşçay Su Anbarının rəhbəri Kərimov Rusif Şakir oğlu






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10