Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İşsizlikdən Sığorta Fonduna toplanan pullar hara gedir?


Fondun vəsaitinin cüzi hissəsi işsizlərə çatır və ortaya maraqlı suallar çıxır

İşsizlikdən Sığorta Fonduna (İSF) sığorta ödənişləri üçün daha 5 milyon manat vəsait daxil olacaq. Büdcəsi ildə iki yüz milyon manatdan çox olan struktur öz gəlirinin əsas hissəsini işsizlərə sığorta ödənişlərinə deyil, digər xərc istiqamətlərə xərcləyir.

Son zamanlar Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və İSF-in büdcələrinin parametrlərində dəyişiklik edilib. DSMF-in bu il gəlir və xərcləri daha 4 milyon manat (0,5 faiz) artaraq 6 milyard 267,97 milyon manata çatıb. Bununla yanaşı, İSF-in kəsirsiz gəlir və xərcləri 5 milyon manat (2,3 faiz) artaraq 217 milyon 668 min 344,5 manata çatıb.

Maraqlıdır ki, bu Fondun büdcəsinin strukturunda işsizlərə sığorta ödənişləri üçün vəsaitin çox az hissəsi, yəni 13,5 milyon manat ayrılıb. Bu da son vaxtlar 2,5 milyon manat artımla bağlıdır. Pulun qalan hissəsi müavinətlərlə birlikdə digər maddələrin maliyyələşdirilməsinə gedəcək.

Məsələn, “peşə hazırlığı və əlavə təhsilin təşkili xərcləri” - bu yaxınlarda qəbul edilmiş qərarla 22 milyon manatdan 20 milyon manata endirilsə də, yenə də xeyli məbləğ çıxır. Bu strukturun ilin əvvəlində təsdiq edilmiş büdcəsinə əsasən, Fondun əsas xərclərinin 87,5 milyon manatı (41%) “özünüməşğulluq fəaliyyətinin təşkili”nin payına düşür.

Bir sözlə, işsizlərə ödənişlər bütün bu hekayədə çox cüzidir. Aydınlıq üçün qeyd edək ki, 44,7 milyon manat Dövlət Məşğulluq Agentliyinin və onun yerli orqanlarının aparatının saxlanmasına, Əmək Bazarı və Əhalinin Sosial Müdafiəsi üzrə Milli Observatoriyaya, 35 milyon manat isə xidmətlərin təşkili üzrə DOST Agentliyinin fəaliyyətinin birgə maliyyələşdirilməsinə yönəldiləcək. Son artımdan əvvəl məşğulluğun ümumi xərcləri 133 milyon manat daxilində olmalı idi.

Yeri gəlmişkən, maddi dəstəyi açıq-aşkar adında olan Fonda həvalə edilən işsizlər haqqında… Maraqlıdır ki, son 3 ildə Dövlət Məşğulluq Agentliyi onların sayı ilə bağlı məlumat dərc etməyib və nəhayət ki, Dövlət Statistika Komitəsi bu yaxınlarda belə məlumat verib. Eyni zamanda, onların cüzi bir hissəsi İSF-dən müvafiq müavinət alır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il iyunun 1-nə dövlət qurumunun yerli müəssisələrində 250,1 min nəfər işsiz qeydiyyatda olub: onlardan 49,1 min nəfəri Bakıda yaşayır.

İSF-dən 2459 nəfər, o cümlədən Bakı şəhərində 1408 nəfər müavinət alır. Orta aylıq işsizlik müavinəti 402,6 manat və ya 236,8 ABŞ dolları təşkil edir ki, bu da ölkədəki orta aylıq əmək haqqından iki dəfə azdır.

İqtisadçılar bildirirlər ki, İSF-ə yığılan pullarla icra hakimiyyətlərinin saxlanması bu strukturun fəaliyyətinin mahiyyətinə ziddir. Və əgər məşğulluq problemini həll etmək üçün yeni iş yerləri açılacaqsa, onlar dövlət investisiyaları hesabına maliyyələşdirilməlidir.

Halbuki bizim təcrübəmizdə İşsizlikdən Sığorta Fondu nədənsə hər şeyi maliyyələşdirir və işsizlərə ödənişlər onun xərclərinin ən mizer maddəsidir. Amma nədənsə ölkəmizdə bu problem həllini tapmır və bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbəri Sahil Babayev açıqlama verib ki, bizdə işsizlikdən sığorta üçün ödəmələr azdır - bu məbləğin 0,5 faizi işçi tərəfindən ödənilir, 0,5 faizi isə işəgötürən tərəfindən. İndi bu qurum ayırmaları artırmağı təklif edir...


Emma Rzayeva






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10