Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Sertifikasiya imtahanında rayonun Yeyənkənd tam orta məktəbinin 2 müəlliməsi mümkün 60 baldan 59-nu toplayıblar ( Yenilənib və yeni adlar əlavə olumub)


Ümumilikdə isə, Yeyənkənd tam orta məktəbin 5 müəllimi rayonu üzrə 50-dən artıq bal toplayıb.

20-24 iyun 2023-cü il tarixlərdə ölkə üzrə sertifikasiya imtahanında iştirak etmək üçün rayon üzrə 812 müəllim qeydiyyatdan keçmişdir.

Mövcud qaydalara uyğun olaraq yaşı 60-dan yuxarı olan 152 müəllim imtahanlardan azad edilmişdir. 

İmtahana buraxılan müəllimlərdən 524-ü ibtidai sinif, 136-sı isə Azərbaycan dili və ədəbiyyat müəllimi olmuşdur. 

Masallı rayonu üzrə İmtahanlarda iştirak edənlərdən 83 nəfəri 50 və daha artıq bal toplamışdır. (Siyahı adbaad, məktəb-məktəb və yığdığı ballar üzrə əlavə olunur).




Qeyd edək ki, imtahan zamanı müəllimlərə 50-si ixtisas, 10-u isə metodika olmaqla, 60 sual təqdim edilmişdir. Hər düzgün cavab 1 balla qiymətləndirilmişdir.

Masallı rayonu üzrə ən yüksək bal toplayanların 5-i Yeyənkənd məktəblərinin müəllimləri olmuşdur. Həmçinin onlarda 2-ci maksimum 60 balın 59-nu toplamışdır. Həmin 2 müəlliməni sizə təqdim edirik.

Hüseynova Aliyə Eynulla qızı 

02 avqust 1989-cu ildə Xaçmaz rayon Mürşüdoba kəndində doğulub.1995-2006 ci illərdə Mürşüdoba kəndində orta məktəbini, 2016-cı ci ildə Şamaxı Humanitar Kollecini bitirmişdir.

2018-ci ildə müəllimlərin işə qəbul imtahanında iştirak edərək 47 bal toplayaraq Masallı rayon Ə.İsmayılov adına Yeyənkənd kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamaqla , eyni ildə, yəni 2018 ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə (qiyabi) daxil olmuş və 2023-cü ildə oranı uğurla bitirmdir. 

21 iyun 2023 cü ildə Sertfikasiya imtahanında 60 mümkün baldan 59 bal toplamışdır. O, həmişə təhsildə baş verən yeniliklərdən xəbərdar olmaq üçün seminarlarda, müxtəlif təlimlərdə iştirak fəal edərək, 2021 ci ildə isə özünü sınamaq üçün qatıldığı MİQ imtahanlarında 55 bal toplamışdır .

Fərəcova Sevinc Vasif qızı 1994 cü ildə Lerik rayonunda anadan olmuşdur. 2009- cu ildə Masallı rayonunun Ə .İsmayılov adına Yeyənkənd tam orta məktəbi bitirmişdir. Elə həmin ildə də Astara Pedaqoji Kollecinin İbtidai sinif müəllimliyi fakültəsinə daxil olmuş, 2013 cü ildə oranı uğurla bitirmişdir. 

 2014 - cü ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti Coğrafiya fakültəsinə daxil olmuş, 2019 cü ildə isə oranı uğurla bitirmişdir. 2011 ci ildən Yeyənkənd tam orta məktəbində ibtidai sinif müəllimi  işləyir.

Məlumat üçün xatırladaq ki, bu müəllimlərdən əlavə Yeyənkənd kənd tam orta məktəbinin daha 3 müəllimi - Həsənov Vüsal Faiq oğlu (56 bal) , Əliyeva Əsmər Fazil qızı (55 bal), Nurullayeva Lamiyə Yunus qızı (51 bal) 50 baldan yuxarı nəticə göstərən masallılı müəllimlərin sırasında yer tutmuşdur.

Bəs Masallı rayonundakı şəhər və qəsəbə məktəblərində vəziyyət necədir?

Masallı şəhəri üzrə 50 və daha çox bal toplayanların 5 nəfəri şəhər 4 saylı məktəbin müəllimləridir

1.Masallı şəhər 3 saylı tam orta məktəb - Bağışova Aytac Mehrab qızı, 57 bal

2. Masallı şəhər 6 saylı tam orta məktəb – Quliyeva Elnarə Əliqəmə qızı 55 bal

3. Masallı şəhər R. Əlihəsənov adına 1 saylı tam orta məktəb, Fətullayeva Türkan Nadir qızı, 53 bal

4. Masallı şəhər N. Nərimanov adına 2 saylı tam orta məktəb, Eynullayev Ramal Elbəyi oğlu 53 bal

5. Masallı şəhər S. Tağıyev adına 4 saylı tam orta məktəb, Nəzərli Nuranə Nəcəf qızı, 53 bal

6. Masallı şəhər S. Tağıyev adına 4 saylı tam orta məktəb, Ələsgərli Rəmziyyə Faiq qızı, 52 bal

7. Masallı şəhər R. Əlihəsənov adına 1 saylı tam orta məktəb, Abdullayeva Gültəkin Fikrət qızı, 51 bal

8. Masallı şəhər N. Nərimanov adına 2 saylı tam orta məktəb , Muxtarlı Səriyyə Rəsul qızı, 51 bal

9. Masallı şəhər S. Tağıyev adına 4 saylı tam orta məktəb, Zamanova Şəfəq Rəfail qızı, 51 bal

10. Masallı şəhər R. Əlihəsənov adına 1 saylı tam orta məktəb, 

Əhmədova Nərmin Rafiq qızı, 51 bal 

11. Masallı şəhər S. Tağıyev adın 4 saylı tam orta məktəb, Səmədov Şahin Bahaddin oğlu, 51 bal

12. Masallı şəhər S. Tağıyev adına 4 saylı tam orta məktəb, Ağayeva Ramilə Rafiq qızı, 50 bal

Ərkivan qəsəbəsi üzrə

C. Cabbarlı adına 1 saylı tam orta məktəb Həşimova Aygül Qurbanəli qızı, 55 bal

C. Cabbarlı adına 1 saylı tam orta məktəb, Axundova Zülfiyyə Təzəxan qızı, 53 bal.

Boradigah Qəsəbə İnzibati Ərazisi üzrə Babaser ümumi  orta məktəbinin müəllimi Şahbazova Rənaxanım Əvəz qızı 56 bal .

Qeyd 1. diqqətən çəkən odur ki, yüksək bal toplayanlar sırasında ucqar məktəblərdə çalışan müəllimlər daha çoxdur.

Qeyd 1. Yaxın günlərdə isə bu imtahanda iştirak edən  müəllimlərin göstəricilərinin tam siyahısını sizə təqdim etməyə çalışacağıq.

Cenub.az üçün hazırladı: Zahir Əmənov  

Masallı rayonu üzrə sertifikasiya imtahanının nəticələri ilə bağlı əlavə məlumat

Cenub.az saytı dünənki (26 iyun 2023-cü il tarixli) buraxılışında 50 bal və daha yuxarı bal toplayanlar haqqında ilkin məlumat vermişdik. Elm və təhsil nazirliyinin rəsmi məlumatı olmadığında qaliblər məktəb direktorlarından alınmış məlumatlar əsasında təqdim olunmuşdu.

Məlumat paylaşdıqdan sonra bəlli oldu ki, 50 və daha yuxarı bal yığan ən azı 15 nəfəri müəllimin adı bu siyahıya düşməyib. Masallı Təhsil Sektorunun bizətəqdim etdiyi həmin məlumatı sizinlə paylaşırıq.

Əlavəsi olan varsa, 050 322 7523. nömrəsi ilə əlaqə saxlayın Zahir Əmənov









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10