Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Avropa Məhkəməsi Ərdoğanın diplom işinə baxacaq


Bir sıra partiya rəhbərləri müxtəlif dövrlərdə Türkiyə Prezidentinin ali təhsilinin olmaması ilə bağlı çıxışlar ediblər
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzun müddətdir müzakirə edilən diplom məsələsinə Avropa İnsan Haqqları Məhkəməsində (AİHM) baxılacaq.
 
“Xalqın Qurtuluş Partiyası” (HKP) Türkiyədəki mümkün hüquqi vasitələrin kifayət etmədiyini bildirərək ölkə başçısının diplom polemikasını AİHM-ə çıxarıb.
 
HKP Ərdoğanın bakalvr təhsili olmadığını, hər dəfə ona bu məsələ ilə bağlı sual verənlərə müxtəlif cavab verdiyini əsas gətirərək məsələnin araşdırılması üçün Ankara Baş Prokurorluğuna  şikayət ünvanlayıb. Baş Prokurorluğun şikayətlə maraqlanmadığını bildirən partiya rəsmiləri Konstitusiya məhkəməsinə üz tutub. Konstitusiya məhkəməsi şikayətlə bağlı “Qəbul edilməzlik” qərarı çıxarıb.  
 
Qeyd edək ki, bir sıra partiya rəhbərləri müxtəlif dövrlərdə Türkiyə Prezidentinin ali təhsilinin olmaması ilə bağlı çıxışlar ediblər. Qarşı tərəf məsələylə bağlı maddi sübut ortaya çıxarmayıb.

http://ayna.az/news/922





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10