Köhnə Zuvand kəndi bizi nələrlə təəccübləndirdi? Doğrudanmı, burada mis və qızıl yataqları var?
Hər kəndin özünəməxsus gözəlliyi və özünəməxsus dərdləri var. Amma Köhnə Zuvand kəndinin türfə əlamətləri tam başqa aləmdir.
Rayon mərkəzindən 30 kilometrə
yaxın məsafədə yerləşən bu kəndin yolunun 15 kilometrə yaxını çox bərbad vəziyyətdədir.
Mənzərəni bir qədər də aydınlaşdıraq. Deməli, rayon mərkəzindən yola düşüb Banbaşı, Köhnə Alvadı kəndlərini keçib, Güllütəpə Ərazi İnzibati Dairəsinə daxil Tatyan kəndindən keçib üz tuturuq Yelağac - Köhnə Zuvand istiqamətinə.
Ətrafda görünən mənzərə nə qədər heyranedici olsa da, bərbad yollar bu gözəlliyi sanki zədələyir.
Kənd haqqında söhbəti hələlik yarımçıq saxlayıb, bu ucqar kəndə getməyin əsas məqsədinə aydınlıq gətirək.
Masallıya rəhbərlik etdiyi 11 ay müddətində bütün yaşayış məntəqələrini, xüsusən ucqar kəndləri az qala addım-addım gəzən icra başçısı Araz Əhmədov bu müddətdə ucqar Zuvand kəndinə də 3 dəfə səfər edib. Həmin səfərlərdən birində yerli sakinlər icra başçısından xahiş ediblər ki, 3 rayonun – Yardımlı, Cəlilabad və Masallının əhatəsində yerləşən bu kəndin ən böyük dərdlərindən biri pilləkən dərdidir. Belə ki, kənddə 120 yerlik müasir məktəb tikilsə də, həmin məktəb hündürdə, məktəb isə yüksəkdə yerləşdiyi üçün həmin məktəbə getmək zülmə çevrilib. İcra başçısı da söz verib ki, onların bu arzusunu reallaşdıracaq.
Qısa müddətdə daxili imkanlar hesabın kəndin aşağı hissəsindən məktəbə qədər 300-ə yaxın pilləli pilləkən quraşdırılıb.
İcra başçısı da bir qrup rayon rəhbəri ilə bu pilləkənin
açılışına gəlmişdir.
Öncə bu 300 pilləni İcra başçısı digər rəhbərlərlə özü düşüb, qalxdı.
Sonra rayon rəhbərliyinin təşəbbüsü ilə bu xeyirxah işin reallaşmasına görə qurban kəsildi..
Söhbət əsnasında bəlli oldu ki, 100 nəfərdən bir az artıq şəxsin kənddə qəbirstanlığında da çardaq tikiləcək.
Kəndə getdiyimiz 1 saatdan artıq yol boyu Ərazi Nümayəndəsi Həbib müəllim bu ərazi haqqında xeyli maraqlı verdi.
Bəlli oldu ki, rayon mərkəzinin bir çox yerində sürətli internet olmasa da, ucqar Yolağac kəndində belə imkan var. Amma istər Yolağac, istərsə də Köhnə və Yeni Zuvand kəndlərinə hələ də qaz xətti çəkilməyib.
İnsanların vəziyyəti çox acınacaqlıdır. Bir qədər heyvandarlıqla, bir qədər qeyri-rəsmi kömürçülüklə (Yolağac) məşğul olsalar da, yol dərdi bunlar üçün ağır və dözülməz bir dərdə çevrilib. İcra başçısı Araz müəllim sakinlərə söz verib ki, yaxın vaxtlarda ən azından 6-7 kilometrlik Tatyan- Yolağac yoluna asfalt döşətdirək.
Gözəlliyi ölkənin ən yaxşı istirahət yerlərindən heç də geri qalmayan, 20-dən artıq bulağı, şəlaləsi, olduqca sərin havası olan bu kəndin- Köhnə Zuvandın yol arzusu nə vaxt reallaşacaq, bilinmir. Yerli sakinlər hətta edir ki, burada mis və qızıl yataqları da var
Burada elə dərman bitkiləri, elə bitkilər var ki... min dərdin dərmanıdır. Lakin buranın təbii sərvəti heç vaxt araşdırılmayıb.
200 ilə yaxın tarixə malik bu kənddən bu vaxta qədər 10-a yaxın ölkə miqyaslı həkim, mühəndis və digər ixtisaslı kadr yetişib. Son illər bu kəndin övladı bir qız bu yurdun tarixində ilk dəfə ali məktəbə girib.
Kənd sakinləri o qədər səmimi, gülərüz, qonaqpərvər idi ki, elə bil bu qədər sosial problemlər onların dərdi deyil.
Çox sevinirlər ki, son onilliklərdə bu kənddə oğru olmayıb, cəmi 1 boşanma olub, narkotikə qurşanan yoxdur.
İcra başçısının bir neçə ayda bu ucqar, yolu bərbad kəndə bir neçə dəfə getməsi, onların bəzi problemlərinə yardımçı olması, yerli sakinləri xeyli ümidləndirib
Biz də inanırıq ki, nə vaxtsa bu gözəlliklər gedən yollar da gözəl olacaq, bu gün bərbad olan məkan sabahın gözəl istirahət yerinə çevriləcək.
Cenub.az. Zahir Əmənov