Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

16-cı əsrdən bəri Bermud üçbucağında NƏ QƏDƏR GƏMİ BATIB?


Bermud üçbucağı Atlantik okeanında Florida ştatı (ABŞ), Puerto Riko və Bermud adaları arasında yerləşən sirli zonadır. Allen Exploration şirkətinin alimləri bunu hesablamağa çalışsalar da, bu ərazidə çoxlu sayda gəmi itkin düşüb, onların dəqiq sayı hələlik məlum deyil.

Bu barədə "Daily Mail" yazıb.

Tədqiqatçılar Bermud üçbucağında batan gəmilərin bərpası və sənədləşdirilməsi üçün Baham adaları hökuməti ilə əməkdaşlıq ediblər. Daha çox məlumat əldə etmək üçün arxivlərdən və köhnə qəzet qırıntılarından istifadə etməyə başlayıblar. Tarixi mənbələr sayəsində ekspertlər müəyyən ediblər ki, itkilərin 70 faizindən çoxu Little Bahama Bank kimi bir ərazidə baş verib.

Alimlər artıq 1526-cı ildən 1976-cı ilə qədər 176 dağılmış gəminin yerini xəritəyə çıxarıblar. Məlum olub ki, bunların 77-si Amerika, 36-sı Britaniya, 19-u isə İspan gəmisidir. Qalanları barədə məlumat hələ müəyyən edilməyib.

19-cu əsrdə 145 gəmi, 17-18-ci əsrlərdə 10 gəmi, XVI əsrdə isə üç gəmi batıb. Bəzi gəmilər qızıl, digərləri şəkər, tütün, pambıq, digər mallar və Afrika qullarını daşıyırdı./lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10