Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bütün ölkələri gəzib 19 minə öz dövlətini qurdu: Pasportu və pulu da var


Rend Uilyams əslində Amerika radio aparıcısıdır. Dünyanın 193 ölkəsini gəzən Uilyams öz ölkəsini qurmağa qərar verdi və Sloucamastanı qurdu. Ölkənin hətta 4000-dən çox vətəndaşı var.

Birləşmiş Millətlər Təşkilatında qeydiyyatdan keçmiş 193 ölkəyə səfər edən Rend Uilyams, dünyada səyahət etmək üçün yeni bir ölkə olmadığı üçün yeni bir ölkə qurmağa qərar verdi. O, 2021-ci ilin oktyabrında ölkəni qurmaq üçün hərəkətə keçdi və ilin sonuna qədər "Sloucamastan Xalq Respublikasının Suveren Millətinin Birləşmiş Ərazisi"ni elan etdi.

Uilyams ABŞ-ın Kaliforniya ştatında 44 kvadrat kilometr ərazini 19 min dollara alıb. Hazırlıqlarını başa vurduqdan sonra müstəqilliyini elan etdi və Sloucamastanı qurdu. Sloucamastan vətəndaşlarının sayı başlanğıcda 500 idisə, bu say hər gün artaraq 4 min 500-ə yüksəldi və gündən-günə artır.

Ölkənin prezidenti Rendi Uilyamsdır. O, ölkənin idarəetməsini “Çox vaxt biz diktaturayıq” deyə açıqlayır. Bununla belə, ölkənin qurucusu vətəndaşlarının səsinə qulaq asır və demokratik qərar verməyə çalışdığını bildirir.

Paytaxtı Dublandiya olan ölkənin hətta geniş istifadə edilməsə də, “dubl” adlanan pul vahidi və pasportu da var. Bundan əlavə, pasportda ABŞ, Cənubi Afrika və Yeni Zelandiya kimi ölkələrin də daxil olduğu 16 müxtəlif ölkənin möhürü var.

Sloucamastan sultanı Rendi Uilyams BMT-yə üzv dövlətlərlə diplomatik əlaqələr qurmaq üçün çox səy göstərdiyini deyir.

Ölkənin milli heyvanı yenot, milli meyvəsi isə maraska adlı alçadır. O, ölkəyə məxsus simvollarda öz əksini tapıb. Açıqlamalarının birində Uilyams, “Bizim vaxtaşırı xüsusi səsvermə mərasimləri və referendumlarımız olacaq”, deyib.

Sloucamastan bəzi fəaliyyətləri ilə də diqqət çəkir. Təhlükəsizliyi təmin etmək üçün bu tədbirlərə kənardan cəlb edilmiş “sərhədçilər” gəlir. Bəzi qaydalar Sloucamastan tədbirlərinə kənardan gələnlərə şamil edilir. Məsələn, “Crocss” tərlik geyinmək və rep oxumaq qadağandır.

Ölkədə ancaq sərhəd zastavası var. Lakin Rend Uilyams ölkəsinə yeni strukturlar gətirməkdə qərarlıdır. Sloucamastan sultanı tezliklə ölkəsində su yolu və armadillo ferması tikməyi planlaşdırır. O, öz heykəlini də ucaltmağı da düşünür.

lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10