Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda 206 nəfər qan verdi


“Bu kənd rayonları içərisində ən yüksək göstəricidir”

Bu gün Masallıda qan vermə kompaniyası keçirilib. Masallı Mərkəzi Xəstaxanasının Baş həkimi Cəlil Nəzərovun bildirdiyinə görə, belə qan vermə aksiyası Səhiyyə Nazirliyinin tərtib etdiyi qrafikə əsasən hər il bütün rayonlarda keçirilir. Bu dəfə ki aksiya olduqca mütəşəkkil və effektli oldu. Qan vermək üçün 800 nəfərdən artıq şəxs müraciət etmişdi. Bir çoxlarının fiziki durumu əlverişsiz olduğu üçün biz yalnız 206 nəfərdən qan gökürdük. Bu rəqəm respublikanın kənd rayonları üzrə ən yüksək göstəricidir.

C. Nəzərov daha sonra qeyd etdi ki, toplanmış qanın  1/3-ni Mərkəzi Xəstəxananın kollektivi verib. Bundan əlavə  rayonun təhsil, polis,  kommunal təsərrüfat, eləcə də ərazi nümayəndəliklər bu aksiyada çox fəal iştirak etdilər. Toplanmış qan yüzlərlə xəstənin sağlamlığına layiqli töhfə olacaq.










Ləman






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10