Azərbaycan Prezidentinin 1 mart 2022-cü il tarixli 1609 nömrəli Fərmanına görə, Baş nazir, müavinləri, nazirlər, onların müavinləri və digər yüksək vəzifə sahiblərinin maaşları diqqət çəkən həcmdə dəyişib.
Cenub.az xəbər verir ki, bu barədə məlumat “BBC-Azərbaycan”ın araşdırmasında yer alıb.
Bildirilir ki, Baş nazirin 2018-ci ildə 2460 manat olan vəzifə maaşı indi 3690 manatdır. Üstəlik, 1609 nömrəli Fərmana görə, o, vəzifə maaşının iki misli həcmində əlavə alır. Bu isə vergilərsiz və digər tutulmalar olmadan təxminən 11 min manat edir.
Məlumatda həmçinin qeyd olunur ki, Prezidentin 1 il əvvəl imzaladığı məlumat açıq internet resurslarda yerləşdirilməyib. Bu məlumata “BBC-Azərbaycan”ın əməkdaşı “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nda rast gəlib.