Bloger Günay Mehdiyeva keçmiş əri Fərdi Əliyevin onu intim fotolar və telefon nömrəsini yaymaqla şantaj etdiyini açıqlayıb.
Məsələ ilə bağlı danışan müğənni Günel Ələkbərova ("Pişik" Günel) bu cür hərəkətlərin kişiyə yaraşmaz olduğunu bildirib:
"Sözüm yaxşı kişilərdən iraq, bu gün belə hallar artıb, çünki kişilərin çoxu “matışkə”dir. Normal kişi heç vaxt bu cür hərəkət etməz. Normal düşüncədə olan, anasına, bacısına hörmət edən şəxs nəinki keçmiş arvadıba, ümumiyyətlə, heç bir xanıma qarşı belə hərəkət, xüsusən də, onu şantaj etməz.
Bu cür yollara əl atanlar ancaq nakişi ola bilər. Bu addımı yalnız "matışkə"lər ata bilər.
Dəqiq bilmirəm Fərdi Əliyev keçmiş xanımına qarşı bu addımı atıb, ya yox, yəni heç kimi ittiham da etmək istəmirəm, lakin əgər belə bir şey həqiqətən yaşanıbsa, bu, kişilik deyil".
Müğənni qeyd edib ki, şantaj qanunvericiliklə də cinayət məsuliyyəti yaradır və bu addım atan cəzasını alacaq:
"Başqasını intim görüntüləri ilə qorxudub, şantaj edənlər mütləq qanun qarşısında cavab verirlər. Özü də necə lazımdır cavab verirlər.
Bəzən deyirlər ki, kişilər aliment verməkdən boyun qaçırmaq üçün bu addımı atır, bununla razı deyiləm. Düşünmürəm ki, bunun alimentlə bir əlaqəsi olsun. Uşaqların varsa, kimisə doğuzdurmusansa, eks-arvadın da olsa, canın çıxacaq, alimentini ödəyəcəksən.
Aliment böyük məbləğ deyil. Amma hər bir halda, uşaq əgər sənindirsə, gəbərə-gəbərə də olsa, o pulu verəcəksən.
Mən bu mövzularla həmişə qadınların tərəfindəyəm, ona görə yox ki, özüm də qadınam. Sadəcə onu bilirəm ki, kişi yaxşı kişi olsa, qadın ondan boşanmaz. Heç bir qadın istəməz ki, uşaqları ola-ola ailəsi dağılsın. Balıq başdan iylənir.
Həmişə deyirlər, kişi evin dirəyidir, kişi ailənin təməlini qoyur və s. Bu məsələdə də kişinin üzərinə məsuliyyət düşür. Ona görə heç bir qadını qınamıram. Düzdür, bəzi istisnalar var, onların da qanı xarabdır, genində var. Amma mən onları saymıram. Lakin yaxşı kişinin xanımı ondan boşanmaz, yaxşı kişinin sevgilisi başqa kişilərlə görüşməz. Görüşürsə, həmin kişidə problem var"./yenisabah.az
Əsmətxanım Rzazadə