Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Boradigahın internet dərdi artıq şeirlərə, foto montajlara çevrilir


Cenub.az saytı “Boradigahlılar internetdən haray çəkir” adlı yazı paylaşmışdı. Yazı ciddi reaksiya doğurub. Belə bu kəm-kəsirə görə boradigahlı şair şeir yazıb, yerli gənclər bərbad elektrik və rabitə xətlərindən foto-montaj hazırlayıblar.

Bizə çatan məlumata görə, yerli sakinlər bu nöqsanların əlacı üçün başqa yol görməyib, həmin mövzuda yaxın günlərdə sosial şəbəkələrdə meyxanələr və karikaturalar paylaşaqaq. Gənclər həmçinin bu mövzuda “Bizə internet zülmü verməyin” adlı Flaşbomlar da hazırlayacaq. 

Həmin şeiri və foto-montojı sizə təqdim edirik.


Nədi dərdimiz bizim


Həzarat, bax belədir rabitə xəttimiz bizim,

Düzəlincə əyilər bəlkə də qəddimiz bizim.


Deyirlər qonşuların bərk gedən interneti var,

Bədəlanla arada yox yekə səddimiz bizim.


Seyid də olmadıq ki, işlərimiz yağlı gedə,

Sıravi məxluqatıq, avamdı cəddimiz bizim.


Hələ aylıq da alırlar buna, heç utanmadan,

Bircə an yubatmağa olmadıı həddimiz bizim.


Neçə yol dərdimizi nazirə bəmdən demişik,

Sonra Şahnaz oxuduq ki, yetə şəddimiz* bizim.


Dedilər səbr eləyin, yaz gələcək, yonca bitər,

İnşaallah bu dəfə olmaya rəddimiz*bizim.


Məhəmməd, qafiyəni, vəzni də rüsvay elədin,

İstədin ərz edəsən ki, nədi dərdimiz bizim.


Məmməd Əvəzoğlu.13.06.2023.


*Şədd-muğamın zil hissəsi

*rəddimiz-rədd cavabı

Cenub.az. Faiq HÜSEYZADƏ 







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10