Dünya şöhrətli astrofizik Stiven Hokinqin 1974-cü ildə gündəmə gətirdiyi “Hokinq radiasiyası” nəzəriyyəsi araşdırılıb və qorxunc həqiqət üzə çıxıb. Genişlənməyən qara dəliklərin enerjisinin zamanla azaldığı nəzəriyyəsi kainat haqqında təəccüblü nəticələrə işarə edir.
“Physical Review Letters” elmi jurnalında dərc olunan araşdırmada mütəxəssislər “kifayət qədər kütləsi olan hər bir varlığın sonda məhv olacağı” qənaətinə gəliblər.
Bildirilib ki, alimlərin araşdırmaları doğru olarsa, kainatdakı hər şey məhv olacaq.
Tədqiqata rəhbərlik edən astrofizika professoru Heino Falke deyib: “Ölü ulduzların qalıqları və kainatdakı digər nəhəng cisimlər bir nöqtədə buxarlanacaq. Eynilə qara dəliklər kimi... Bu, təkcə Hokinq radiasiyasını anlama tərzimizi deyil, həm də kainat və onun gələcəyi haqqında anlayışımızı dəyişəcək”.
Musavat.com