Dünya şöhrətli kinoaktrisa, model, müğənni Merilin Monro haqqında maraqlı faktları təqdim edirik.
Ötən əsrin 50-60-cı illərinə damğasını vurmuş bu gözəl aktrisa kənardan çox şən, xoşbəxt, qayğısız görünsə də, əslində ömrü heç də rahat olmayıb.
Əsl adı Norma Cin Beyker idi. Şizofreniya xəstəsi olan ana tərəfindən dünyaya gətirilmiş, 7 yaşına qədər demək olar ki, onun-bunun qapısında böyümüşdü. 7 yaşı olarkən qızı internat məktəbə götürürlər. Burda bir ailə onu sahiblənib övladlığa götürsə də, sonra yenidən geri qaytarır. Aktrisa 11 yaşında xalası uşaqları tərəfindən zorlanır. Filmlərə çəkilməzdən öncə barlarda striptiz göstərərək pul qazanmağa başlayıb. Hərçənd elə məşhur olarkən də yüksək qonorar almırdı. Məşhurluğu 1953-cü ildə “Niagara” filmi ilə başladı.
Monro 1962-ci ildə evində ölü tapılıb. Ölərkən 32 yaşı vardı. Merilin adı öləndən sonra daha populyarlaşdı və tanımadığı minlərlə insanlara milyonlar qazandırdı.
Onun ölümü üzərindəki sirr pərdəsi hələ də qalxmayıb. İntihar etdiyini iddia edənlər ailəsinin intihar meyilli olmasını əsas gətirirdi. Merilin özü də bir neçə dəfə intihara cəhd etmişdi deyə, psixi xəstəxanda aylarla müalicə almışdı.
Monronun dayısı həmin xəstəxanaya yatırılmış və xəstəxanadan çıxdıqdan sonra özünü asmış, anası şizofreniyadan, nənəsi və babası manik depressiya xəstəliyindən əziyyət çəkmişdilər. Merilinin məzarı yaxınlarındakı qəbir yerləri bir neçə dəfə hərraca çıxarılıb.
Milyonçu Haq Hefner məzarının Merilin Monronun qəbirinin yanında olmasını istəyib. O, 1992-ci ildə Monronun qəbirinə yaxın bir məzarı 50.000 avroya satın alıb.
Monro 4 dəfə ad dəyişdirib.
Çılpaq gəzməyi sevən Monro işçilərin qarşısına da tez-tez çılpaq çıxarmış. Aktrisa üç dəfə rəsmi ailəli olub. Son dəfə 1954-cü ildə Co Di Maggo ilə evlənib. 9 ay sonra boşanıb. Əri o, öldükdən sonra düz 20 il, özü ölənə qədər hər həftə məzarına gül dəstəsi qoyarmış.
Öləndən sonra daha çox məşhurlaşdı.
Həkimlərin dediklərinə görə, Merlin Monro 40 ədəddən çox “nembutal” adlı dərmanı qəbul edib. Lakin ekspertiza zamanı mədəsindən heç bir dərman tapılmamışdı. Los-Ancelesin baş həkimi açıqlamasında onun narkotik aludəçisi olduğunu, bu səbəbdən də içdiyi dərmanların tez həzm olunduğunu söyləmişdi.
Bəzi iddialar görə isə, Monronu FTB, Amerika kəşfiyyatı və evində işləyən xidmətçi öldürüb. Səbəb isə adının o vaxtkı prezident Con Kennedi ilə sevgi münasibətlərində hallanması idi. Sirli ölümündən bir neçə ay əvvəl o, ABŞ prezidentinin 45 yaşı ilə bağlı ziyafətə həddən artıq seksual, insanı başdan çıxaran libasda gələrək, qəribə şəkildə "Happy Birthday, mister President" mahnısını oxuyub.
Onlar 1960-cı ildə, Kennedi hələ prezidentliyə namizəd olanda Taxo gölü yaxınlığındakı istirahət mərkəzində tanış olublar. Münasibətlər isə 1961-ci ilin oktyabrından, Kennedi prezident olandan sonra başlanıb.
Deyilənə görə, Merilin Monronuun ölüm əmrini Kennedinin xanımı verib. Ulduzun zəhərli iynə nəticəsində ölməsi ehtimalı var. Boğularaq öldürüldüyünü deyənlər də az deyil. Ekranlardan ulduz kimi parlayan sarışın gözəlin ölümü üzərindəki sirr pərdəsi hələ də qalxmayıb.
Merilin gözəllik etalonu sayılırdı. Hər kəs onun nazlı-qəmzəli yerişindən xoşlanırdı. O isə, bunu qəsdən etmədiyini deyirdi. Merilin şən, qayğısız və ağılsız sarışın gözəl obrazı yaratmışdı. Əslində qəhvəyi saçlarını platin rənginə salmaq üçün hər həftə əziyyət çəkirdi. Buna görə saçları vaxtından qabaq tökülmüşdü. Qulaqları böyük olduğu üçün onları daim saçının altında gizlədirdi. Bir ayağında altı barmağı var idi. Gözəlliyini sübut etmək üçün bir dəfə ekrana kartof kisəsindən tikilmiş qısa donla çıxıb. Merilin bu donda da gözəl idi.
Monronun 32 illik həyatına dair 60-dan çox kitab, minlərlə maqazin xəbəri və məqalə
yazılıb. Haqqında bir neçə dəfə bədii film çəkilib.
lent.az