Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

3194 milyarder - Onlar hansı şəhərlərdə yaşayırlar?


“Dollar milyarderlərinin yaşadığı şəhərlər”in siyahısı açıqlanıb. İstanbul 33 milyarderlə 16 şəhərin yer aldığı siyahıda 13-cüdür.

Qlobal aktivlərin izlənməsi və idarə edilməsi şirkəti olan Wealth-x 2022-ci il üçün “milyarderlər şəhərləri” siyahısını açıqlayıb.

Wealth-x-in məlumatına görə, dünyada 3194 milyarder var.

Dollar milyarderlərinin 29 faizi dünyanın 16 şəhərində yaşayır.

Bu milyarderlərdən 136-sı Nyu-Yorkun ən böyük qlobal maliyyə mərkəzində yaşayır.

İkinci yerdə Honq Konq qərarlaşıb. 2022-ci ildə şəhərdə yaşayan milyarderlərin sayı 112 nəfər olub.

San-Fransisko siyahıda üçüncüdür. 2022-ci ildə şəhərdə yaşayan milyarderlərin sayı 84 nəfər olub.

Siyahıda dördüncü yerdə Rusiyanın paytaxtı Moskva qərarlaşıb. Şəhərdə yaşayan milyarderlərin sayı 76 nəfərdir.

Beşinci yerdə İngiltərənin paytaxtı London qərarlaşıb. 2022-ci ildə şəhərdə yaşayan milyarderlərin sayı 75 nəfərdən ibarətdir.

İstanbul, Sao Paolo ilə birlikdə siyahıda 13-cü, Çikaqo və Paris isə eyni siyahıda 14-cü yeri bölüşüblər.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10