3-4 İyun tarixlərində Masallı Bioloji Təbabət klinikasında ödənişsiz göz müayinəsi aksiyası həyata keçirilib.
Aksiya Göz xəstəlikləri və cərrahiyyəsi üzrə Almaniyada ixtisaslaşmış və orada yaşayan, Almaniyanın ən nüfuzlu xəstəxanalarında işləyən həmyerlimiz Uzman Doktor Aysel Novruzova tərəfindən həyata keçiriilb
Aksiyadan onlarla Şəhid ailəsi və Qazi olmaqla ümümilikdə 100-ə yaxın pasiyent iştirak edib.
Ödənişsiz aksiya Ümummilli Lider Heydər Əliyevin 100 illik, Azərbaycanın görkəmli alimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə və Tovuz döyüşləri Qəhrəmanı Şəhid mayor Anar Novruzovun xatirəsinə həsr edilib.
Xatırladaq ki, Uzm. Dr. Aysel Novruzova 2005-2011-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin fərqlənmə diplomu ilə bitirib.
2012-2017-ci illər Jena Universitetinin Eğitim Araşdırma Xəstəxanasında - Suhl Zentral Klinikum- Göz söbəsinde Rezidentura təhsili almışdır.
2018-ci ildə Göz xəstəlikləri və cərrahiyyəsi üzrə Alman uzmanliq diplomu "Facharzt " dərəcəsinə sahib olmuşdur.
Hal-hazırda Almaniyanın Frankfurt am Main şəhərində Artemis MVZ göz həkimi olaraq fəaliyyət göstərir.
-Alman Göz Həkimləri birliyi
-Avropa Göz Həkimləri birliyi
-Amerika Göz Həkimləri birliyi
-TCOD Göz həkimləri və digər Beynəlxalq birliklərin üzvüdür.
Masallı Bioloji Təbabət Klinikası