Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Qoca kaftarın müdrikliyi çatmayıb, onun istedadı isə artıq tükənib..."


"Onlar özlərini dünyanın hakimi təsəvvür edir...Biz qullar və nökərlərik, o isə barınyadır..."
 
Tanınmış musiqi tənqidçisi əvvəllər məftun olduğu Puqaçovanın üstünə şığıyıb...
 
Uzun müddət Ukraynanın "X-faktor" şousunda münsiflər heyətinin üzvü olmuş tanınmış rusiyalı jurnalist və musiqi tənqidçisi Sergey Sosedov Kremlin siyasətilə razılaşmayan və vətəni tərk edən rusiyalı ulduzları amansızcasına tənqid edib. 
 
Bu barədə o, NTV telekanalında "Milyonların sirri" proqramının efirində danışıb.
 
"Mən çox təəssüf edirəm. Onlar məkanda səmtlərini itirib, kim və nə olduqlarını unudublar. Onlar özlərini dünyanın hakimi təsəvvür edir.
 
Onlar unudur ki, karyeralarını burada yaradıb, pullar qazanıb, özlərinə qəsrlər tikiblər", - Sosedov Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləməkdən imtina edən artistlər barədə fikirlərini bölüşüb.
 
Üstəlik, əvvəllər mədhiyyələr yağdırdığı sovet və Rusiya estradasının ulduzu Alla Puqaçovanı "qoca kaftar" adlandırıb.
 
Alla Puqaçova haqqında belə xoşagəlməz sözləri 55 yaşlı tənqidçi aparıcı Kudryavtsevanın ötən ilin oktyabr ayında təqiblərə cavab olaraq Puqaçovanın rusiyalıları kölə adlandırmasını xatırladandan sonra işlədib.
 
"Biz qullar və nökərlərik, o isə xanımdır, barınyadır...Müdrikliyi çatmayıb onun", - Sosedov deyib və qeyd edib ki, əvvəllər məftun olduğu müğənninin "istedadı tükənib".
 
Onun sözlərinə 55 yaşlı vokalçı Maşa Rasputina (əsl adı-soyadı Alla Ageyevadır) fəal şəkildə dəstək verib. O, bu ilin mart ayında Rusiyanı tərk edən mədəniyyət xadimlərini edam etməyi təklif edib.
 
Bu dəfə Rasputina və Sosedov yekdilliklə bəyan edib ki, Puqaçovanı bağışlamaq olmaz, onun konsertlərinə gedib-getməmək məsələsinə isə xalq özü qərar verməlidir.
 
Son zamanlar özünün hitlərilə deyil, acı nitqlərilə fərqlənən Rasputina ekssentrik musiqişünasın fikrini dəstəkləyib.
 
Xatırladaq ki, mayın 27-də Alla Puqaçova İsrailin Qeysəriyyə şəhərində Andrey Makareviç və onun "Maşına vremeni" qrupunun konsertini ziyarət edib. Həmin gün məşhur rok qrupu kollektivin yaradılmasının 54-cü ildönümünü qeyd edib.
 
Konsertdə Makareviçin istedadının çoxsaylı pərəştişkarları iştirak edib. Alla Borisovna, sadəcə, salonda əyləşməyib, o, səhnəyə çıxaraq fanatlarını alqışlayıb və "Maşına vremeni" qrupuna dəstək verib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10