Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı İH Başçısının 1-ci müavini vəzifəsinə təsdiqə gedib, lakin “otkaz” alan olubmu?


7 aydan çoxdur ki, Masallı Rayon İcra hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsi boşdur. Bu posta bir neçə nəfərin adı hallansa da, reallıqda hər hansı təyinat olmayıb. Əslində elə şərait yaranıb, ya da bu vəzifə o qədər maraqsız olub ki, həmin post əslində kimsənin diqqətində də deyil. Qısası, bu vəzifənin rayonda varlığı və yoxluğu hiss olunmur.

Son günlər isə cenub.az-a daxil olan məlumatlara görə, həmin vəzifəyə axır vaxtlar işgüzarlığı, fəallığı, eləcə də xeyriyyəçiliyi ilə fərqlənən, Viləşçay Su Anbarının rəisi Rusif Kərimovun adı hallanırdı. Guya Rusif müəllimin sənədləri bir neçə ay öncə təsdiqə göndərilib, lakin onun namizədliyi qəbul olunmayıb və “otkaz” gəlib.

Məlumatı dəqiqləşdirmək üçün Rusif Kərimovun özü ilə əlaqə saxladıq. Həmişə mətbuata açıq olan Rusif müəllim sorğumuzu təbəssümlə qarçılayaraq “Elə bir fikrim yoxdur, heç yerə də sənədlərim getməyib ki, hələ bir “otkaz” da gəlsin. Deyəsən, “qız evində todydur, oğlan evinin xəbəri yoxdur” məsəli biz də hələ də dəbdədir.

Xadırladırıq ki, hazırda Masallı İH-də 2 müavin, 2 şöbə müdiri və bir neçə ərazi dairəsi üzrə nümayəndə yeri boşdur.

Dünən isə İHB-nin Təzəkəd kənd Ərazi Dairəsi üzrə nümayəndənin müavini Əliyev Səfər Xandadaş oğlunun vəzifədən azad olunması ilə bağlı icra başçısı sərəncam vermişdir.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10