Uzun illər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin kommersiya fəaliyyəti nəticəsində qazanılmış gəlirdən ödənilməyən 30 min manata yaxın vergi borcu ilbəil artaraq, həm borcun faizlər hesabına məbləğ durmadan artmış, digər tərəfdən müəssisənin bank hesabına sərəncam qoyulması səbəbindən Birliyin fəaliyyəti iflic vəziyyətə düşmüşdür.
10 ay öncə, 2022-ci ilin avqust ayından başlayaraq MKTİB-nin rəhbəri dəyişdirilmiş, bu təşkilata daha peşəkar rəhbər təyin edilmiş, müəssisənin fəaliyyəti yenidən təşkil edilmiş və keçən 10 ay ərzində düzgün fəaliyyət nəticəsində müəssisənin ümumilikdə 400 min manata yaxın yaranmış vergi borcu, nəhayət, bu ilin may ayında tamamilə ödənilmişdir.
Beləliklə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi normal fəaliyyət qura bilmiş və rayonumuzun təmizlik-abadlıq işlərinin əhalini razı sala biləcək səviyyədə təşkil edilməsində mümkün olanı etməkdədir.
Belə ki, 2018-ci ildə Yaponiya hökumətinin Masallıda tikdiyi, 100 min manatlıq Zibil Emalı Zavodu zibil emal etməkdənsə, əsil “zibil poliqonuna” çevrilmiş obyekt ciddi səylər hesabına zərərsizləşdirilərək normal vəziyyətə gətirilmişdir.
Bundan əlavə rayonun baş bəlasına çevirilmiş sahibsiz itlər üçün xüsusi sahə ayrılaraq bu problem aradan qaldırılmışdır.
Nəhayət, rayon rəhbərliyinin ciddi səyi və təşkilayçılığı nəticəsində yuxarıda qeyd etdiyimiz küllü miqdarda, 400 min manata yaxın vergi borcu ödənilmişdir.
Belə ki, Masallı “kommunxozu”u rayonun bütün yaşayış məntəqələrindən yığılan tullantıların daşınmasına görə bələdiyyələrlə bağlanmış müqavilələrdən və rayon ərazisində fəaliyyət göstərən ictimai-iaşə, ticarət və digər xidmət obyektlərindən tullantıların daşınmasına görə bağlanmış müqavilələrdən yığılan xidmət haqları hesabına dövlət büdcəsinə olan borc ödənilmiş, qurum iflic vəziyyətindən çıxarılmışdır.
Onu da qeyd edək ki, bunda əvvəlki rəhbərlik “kommunxozun” külli miqdara çatmış vergi borclarını ödəmək üçün ötən ilin əvvəllərində rayondakı sahibkarları bir məkana toplayaraq, 21 manat pul toplamışdı. Yeni rəhbərlik isə nəinki həmin pulları sahiblərinə qaytartdırdı, həm də qanuni yollarla bu təşkilatın 390 min manat borcunu ödətdirməyə nail oldu.
Həmçinin bu təşkilat daha uyğun, daha əlverişli imkanları olan sahəyə, rayondakı keçmiş Baytarlıq İdarəsinin istifadəsiz ərazisinə köçürlümüşdür.
İnanırıq ki, bunda sonra şəhərimizin təmizliyi üçün daha ciddi addımlar atılacaq.
Bir daha rayon əhalisinə, xüsusilə müxtəlif ticarət və iaşə obyektlərinin rəhbərlərinə təmizliyə riayət etmələrini və MKTİB-nin fəaliyyətinə öz köməkliklərini göstərmələrini xahiş edirik.
Cenub.az üçün hazırladı: Zahir Əmənov