Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Təhsil sektoruna 363 noutbuk verilib


Təkcə 1 saylı şəhər tam orta məktəbi 120 belə kompüter alıb

2008-2010-cu il, Mingəçevirdəki “Kür” şirkətinin məhsulları olan bu kompüterlərin hazırda 392-si yararsızdır.

Xatırladaq ki, 15 il öncə məktəblərə kompüter veriləndə bir çox məktəblərdə əksər direktorlar, bir çox müəllimlər kompüteri açıb-bağlaya bilmirdi. İnternetin sürəti də təxminən “tısbağa yerişinə” bərabər idi. Beləliklə, əksər məktəblərdə bu kompüterlər məktəbin anbarında toz basdı. Bəzilərini direktorlar evlərinə apardı və sair.

Hazırda Masallı Təhsil Sektoruna verilən kompüterlər aşağıdakı məktəblərə paylanılıb:


Şəhər 1 saylı tam orta- 120 ədəd

Şəhər 3 saylı tam orta - 80 ədəd

Şəhər 4 saylı tam orta - 40 ədəd

Hişkədərə kənd tam orta -20 ədəd

Yeyənkənd kənd tam orta -20 ədəd

Təzə Alvadı kənd 1 saylı tam orta -15 ədəd

Musaküçə kənd tam orta -15 ədəd

Banbaşı kənd tam orta -24 ədəd

Mahmudavar kənd ümumi orta - 20 ədəd

Mollaoba kənd tam orta – 9 ədəd


Bu Noutbuklar Elm və Təhsil Nazirliyi tərəfindən uşaqların rəqəmsal bilgilərinin qiymətləndirilməsi və gələcəkdə tətbiq ediləcək bəzi layihələrin tətbiqi məqsədi ilə verilib.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10