Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Hər evin qapısını roman cildi kimi aç”



Fikrət Qocanın bu misraları Masallının Banbaşı kəndində  9 əlilin (onlardan 4-ü 1-ci qrup gözdən əlilidir) bir yararsız evdə çapaladığını gördükdə adamı daha çox təsirləndirir.

 

358 məktubdan sonra həllini tapan  problem


Bu evdə yaşayanların 4-ü gözdən əlil, digərləri isə müxtəlif dərəcəli əlillərdir. Ən dəhşətlisi isə bu qədər əlilin bir yarasız evdə yaşamasıdır.

Bu il mayın 23-də İcra Başçısı Araz Əhmədovun rəhbərliyi ilə bir sıra obyektlərə baxmaq üçün  kiçik səfər təşkil olunmuşdu.

Öncə Masallının Banbaşı kəndinə yollandıq. Yuxarıda qeyd etdiyimiz kimi səfərimiz imkansız üçün tikilən evdən başladı. Yuxarıda qeyd etdiyimiz kimi bir neçə əlilin məskunlaşdığı bu ailə 20 ildən artıqdır ki, bu komada zülmlə yaşayırdı. Yuxarı təşkilatlara 358 məktub göndərilmişdi.

İcra başçısı Araz Əhmədov:

Bu evlə, bu əlil insanların vəziyyəti ilə tanış olanda həqiqi mənada ürəyim ağrıdı. Dərhal söz verdim ki, qısa müddətdə, necə olursa olsun onlar üçün ev inşa edəcəyik. Təsəvvür edirsiniz ki, biz hər cür rahatlığı olan 4 otaqlı evi cəmi 3 aya tikdik. Kənd icra nümayəndəsi, bələdiyyəsi, imkanı olan hər kəs, eləcə də Rusif Kərimov bu binanın başa gəlməsi üçün səylərini əsirgəmədi.

Dünən dərd-qüssə “məskəni” olan bu koma bu gün sevinc, fərəh ocağına çevrilib.

Xatırladaq ki, belə ağır şəraitli evlərdə yaşayanlar tək deyil. Qeyd olundu ki, təkcə Banbaşı ərazisində 20-ə yaxın belə ev var. Rayon üzrə bərbad ev şəraiti olan, yaxud evi olmayan ailələr yüzlərlədir.

Məlumat üçün bildirək ki, bundan əvvəl rayonun Böyük Xocavar kəndində şəhid anası Tahirə Mustafayeva, Bala Təklə kəndində şəhid anası Xədicə Süleymanova, Yolağac kəndindən olan şəhidin həyat yoldaşı Bahar Əzizova, üçün Masallı şəhərində fərdi yaşayış evi tikilib. Tüklə kəndində şəhidin atası Asəf Xəlilov üçün fərdi yaşayış evinin tikintisi davam edir. Hazırda Rüdəkənar kəndində şəhid anası Nabat Qurbanova üçün fərdi yaşayış evinin tikintisinin  təməli qoyulmuşdur.

Belə aksiyaların davamlı olacağı gözlənilir.


Şəhid anasının  arzusu necə reallaşdı?


Viləş (keçmiş Kalinovka) kəndi rayonun əsasən Rusların yaşadığı ərazi olub. Rayonun ilk məktəbi, ilk hərbi şəhərciyi də burada olub.

Hazırda isə kəndin ciddi problemləri var. Onlardan biri də məktəbin idman zalının və klubunun bərbad vəziyyətdə olması idi. Viləş kəndində yaşayan, Qarabağ savaşında 2 oğul qurban verən (Onlardan biri Qarabağ Müharibəsi Qəhrəmanıdır) Ziba xanım rayonun icra başçısına müraciət edərək, məktəbin Akt zalının bərbad vəziyyətdə olmasından şikayətlənmişdi. İcra başçısı onun müraciətinə həssaslıqla yanaşmış , daxili imkanlar hesabına həmin Akt zalı yüksək səviyyədə təmir olunmuşdu.

Təmirdən sonra zalın açılışına toplaşanlar sırasında Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbəri Elxan Nəcəfov da var idi.

İndi 200 nəfərlik bu Akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür.


Asfaltlanacağı xəbər verilən Muğan kənlərində vədlər necə reallaşır


Hələ ötən il xəbər vermişdik ki, Masallıda 38 kilometr yola asfalt döşənəcək. Ötən il bu yolların 9 kilometr  asfaltlandı.  Bu il isə 29 kilometr yolun asfaltlanacağı  vəd edilmişdi. Bu vədlər  necə reallaşır?  


Artıq Masallının Muğan kəndlərində 10-larla kilometr yolda qızğn iş gedir. Belə ki, Viləş- Gürdabaz. Həsənli – Təklə yolu,  Bala-Təklə- Şərəfə-Digah, Qədirli-Xallıcallı  və sair yollarda yolların hamarlama işləri aparılır.

Artıq bəzi yollarda son tamamlanma işləri aparılır. 

Belə ki, 4 kilometrdən artıq olan Köçəkli- Həsənli yoluna, Təklə Ərazi vahidində Lənkan yoluna asfalt döşənib.

Ən maraqlısı da odur ki, Təkcə layihədə nəzərdə tutulan yollar asfaltlanmır. Şəhid ailələrinin evinə, abidələrinə, məktəblərə, daha işlək kəndarası yollara da asfalt döşənir. İcra başçısı bu yollara baxış keçirərkən, demək olar ki, heç kəsin xahişini diqqətsiz buraxmırdı.

Yəqin ki, 3-4 aydan sonra bu yerlərin mənzərəsi tam dəyişəcək, Masallıda asfalt döşənməmiş yol qalmayacaq.

Muğan ərazisindəki bu yolların inşasını təcrübəli mütəxəssislər – Xudayar Rəhimov və Mahmud Kazımovun rəhbərliyi etdiyi yol-tikinti idarələri aparır.

Məlumat üçün bildirək ki, yerli xeyriyyəçilərin imkanı hesabına 6 kilometrlik Boradigah- Qumbaşı yolu da asfaltlanıb. Hazırda isə Xıl kəndinə  gedən 1 kilometrdən artıq  yola yerli sakinlərin  imkanlar hesabına asfalt döşənir.

İcra başçısının rəhbərliyi ilə keçirilən bu günkü açılışlarda onunla yanaşı RİHB-nin müavin Adəm Məhərrəmov və bölgənin Qazisi Ağarəşid Talıbov da iştirak etmişdir.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10