Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Aybəniz Qafarova vəzifəsi ilə rəsmən vidalaşdı


Bir həftə öncə cenub.az, daha sonra bir neçə sayt məlumat yaydı ki, Masallı İH Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Aybəniz Qafarova vəzifəsi ilə vidalaşır. Məlumat dəqiq olsa da, rəsmi olaraq sərəncam verilməmişdi. Dünən, mayın 22-də isə məlumat tam rəsmiləşdi. İcra hakimiyyətindən aldığımız məlumata görə, A. Qafarova icra başçısının sərəncamı ilə vəzifəsindən azad olunub.

Ortada maraqlı suallar var.

Məlum olduğu kimi hazırda Lənkəran və Cəlilabad rayonlarında da bu vəzifə - “humanitar” məsələlər üzrə müavin yeri aylardır ki, boşdur və həmin vəzifələrə təyinat olmur. Eləcə də Lerik və Masallıda 1-ci müavin və bir neçə şöbə müdiri postu təyinatsız qalıb. Masallıda da eyni vəzifə aylarla boş qalacaq, ya tezliklə həmin kresloya sahib çıxan tapılacaq?

2-ci sual isə ondan ibarətdir ki, bu vəzifəyə tezliklə təyinat olacaqsa, həmin kresloda Masallılı hansı qadını görürsünüz? Fikrləriniz maraqlıdır.

Qaldı ki, Aybəniz xanımın işdən çıxma səbəblərinə... elə məlumatlar eşidirik ki, şair demişkən, desəm öldürərlər, deməsəm ölləm.

Yaxşısı budur ki, sizlər deyin.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10