Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məmur oğlunun intiharının təfərrüatı ortaya çıxıb


İntihar edən rəis oğlu keçmiş polis işçisi imiş
 Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin intihar edən oğlu Orxan Ağayevlə bağlı bəzi məlumatlar üzə çıxıb.
 
cenub.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu keçmiş polis işçisi olub.
 
Əldə etdiyimiz məlumata görə, son zamanlar onun psixoloji vəziyyəti yerində olmayıb. O.Ağayevin çalışdığı iş yerindən ayrılmasının səbəbi kimi psixoloji vəziyyətinin normal olmadığı ehtimal edilir.
 
Qeyd edək ki, O.Ağayev bir saat bundan qabaq Nərimanov rayonu ərazisində “MADO” restoranının yaxınlığındakı beşmərtəbəli binalardan birindən özünü atıb.
 
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10