BMT-nin məlumatına görə, 2012-ci ildə dünyada hava nəqliyyatı ilə 3 mlrd-a yaxın sərnişin daşınmışdı. 10 il sonra bu göstərici 4 mlrd nəfərə qədər artıb.
Bəs heç fikirləşmisinizmi ki, eyni zamanda səmada nə qədər təyyarə olur? Rekord 19 min ədədi aşan bir göstəricidir. Gün ərzində isə dünyada 200 mindən çox reys həyata keçirilir…
Bu göstəricilərə hərbi təyyarələr daxil deyil, hansılar ki, sərnişin təyyarələrindən qat qat çox yanacaq sərf edirlər.
Bir sərnişin təyyarəsi 1000 km məsafəni qət edərkən təqribən orta hesabla 17-22 min litr aviakerosin işlədir. Hesablamalara görə, Paris-Nyu York reysində təyyarənin 5 saat ərzində işlətdiyi yanacaq həcmi (85-90 min litr) ilə sedan tipli avtomobil şəhəriçi 1 mln km-dən çox məsafə qət edə bilər.
Yəni atmosferin çirkləndirilməsində AVİASİYAnın kifayət qədər artan “ağır yükü” var...
İlham Şaban, CaspianBarrelin analitiki