Gülağa Tənha ilə bu günlərdə, 19 mayda, 64 yaşı tamam olan ərəfədə görüşdük.
Daha nələrdən danışmadıq? Biznesə necə gəlməyindən, ilk xeyriyyəçiliyindən, niyə bəzilərini onu Albert adlandırmasından tutmuş, jurnalistləri məhkəməyə verməsindən, qarşıdakı hədəflərindən, hayatındakiı maraqlı məqamlara kimi.
Bu gün Gülağa Tənhanın ad günüdür. Biz müsahibədən öncə izləyicilərimiz adından onu ürəkdən təbrik edib, xoş arzularımızı bildirib, İldırım Şükürzadə ilə birgə hazırladığımız, bölgənin tarixi ilə bağlı kitablaı ona hədiyyə etdik.
Bəlli olduğu kimi, bir iş adamı, ölkə səviyyəli bir xeyriyyəçi, yüzlərlə lirik, şeirin müəllifi kimi onun ömür yolu çoxlarının marağındadır.
2 saata yaxın davam edən, olduqca səmimi müsahibədə Gülağa Tənha maraqlı etiraflar etdi, bəzi həmyerlilərindən incikliklərini də gizlətmədi. Eləcə də “reket” jurnalistlərin ona qarşı haqsız addımlarından çox sərt şəkildə söhbət açdı.
Həmin müsahibəni yaxın günlərdə sizə təqdim edəcəyik.
Cenub.az. Zahir Əmənov