Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İki yüz min ölü rus və “Putin əladır, Ukraynadakı müharibə sizə lazımdır”


Rusların itkilərinin artması, Ukraynanın uğurlu hücumu Rusiya üçün əsl “Molotov kokteyli” ola bilər

Ukrayna ordusunun Baş Qərargahının məlumatına görə, mayın 17-də səhər saatlarına olan məlumata görə, Ukraynaya qarşı işğal başlayandan bəri rusların ümumi döyüş itkilərinin sayı 200 mini aşıb. Rusiya Federasiyasının bu qədər sayda vətəndaşı, elan edilmiş məqsədlərdən heç bir şey əldə etmədiyi bir şəraitdə, hər hansı bir normal dövlətin dayanması üçün bir siqnaldır. Ancaq Rusiya Federasiyası normal deyil.

Ona görə də belə bir dövlətin başçısı və onun yaxın ətrafı təbii ki, təsirlənməyəcək. Putin sadəcə tabeliyində olanların həyatını düşünmür. İnsanların həyatı ümumiyyətlə Rusiya Federasiyasında ən ucuz şeydir. Buna görə də, 200 mindən artıq, 200 mindən əskik – fərqi yoxdur. Kreml hələ də gizli səfərbərliyi gücləndirə, daha çox məhkumu orduya cəlb edə bilər. Qadınlar isə hələ də doğurlar...

Partnyorlarımızın, kəşfiyyatçıların, sanitar itkiləri nəzərə alan analitiklərin məlumatlarına baxsaq, Rusiya Federasiyasının Ukraynadakı itkiləri daha çoxdur. Və təbii ki, Rusiyada yaşayan insanlar qəbiristanlıqlarda nə qədər yeni qəbirlərin olduğunu görməyə bilməzlər. Amma susurlar.

Həmçinin onlar itkilərin faktiki sübutlarını – çoxlu sayda yaralıları görməzlikdən gələ bilməzlər. Sonuncular arasında, yeri gəlmişkən, qanqren diaqnozu ilə çox sayda insan var ki, bu da onların yaralarının vaxtında müalicə edilmədiyini göstərir. Yəni ki, zədə nisbətən yüngül ola bilərdi, lakin infeksiya baş alıb getdi və məsələn, xırda bir yara bir əzanın itirilməsi ilə, yaxud hətta ölümlə nəticələnir. Bu, sözdə döyüşə can atan ruslara heç kimin onları xilas etməyəcəyinə dair bir növ xəbərdarlıq olmalıdır.

Qeyd etmək lazımdır ki, bu cür xəbərlər - yüz minlərlə itkilər Rusiyanın təbliğat platformalarında müzakirə olunacaq. Deyəcəklər: “Bu, Ukraynanın yalan təbliğatıdır”. Vəssalam. Və orada müzakirə etdikləri itkilərlə bağlı rəsmi və ya yarı-rəsmi məlumatların adını çəkəcəklər.

Ancaq belə böyük itkilərin ümumiyyətlə heç nəyə təsir etmədiyini söyləmək olmaz. Bəli, çox zaman bunun “yalan” və “düşmən təbliğatı” olduğu iddiasının arxasında gizlənə bilərsiniz. Amma məsələn, hərbçilər üçün 200 min ölü rəqəmi önəmli olacaq. Əvvəla, bu, narahatlıq və qorxuddan irəli gəlir. Qorxunun artması, qaçanların sayının artması Ukraynada cəbhəyə getməmək üçün dirənişi artıracaq. Axı evdə divanda oturub pivə içib: “Putin əladır, Ukraynadakı müharibə sizə lazımdır” demək bir şeydir, səngərdə oturanda başqa reallığı görmək tamam başqa qavrayışdır.

Həmçinin, bu cür böyük itkilər elit qruplar tərəfindən müzakirə olunacaq. Onlar buna diqqət yetirəcəklər. Amma çətin ki, bu, hansısa ciddi siqnal, hansısa hərəkətə keçmək üçün stimul olsun.

Lakin tədricən rusların itkilərinin artması, Ukraynanın uğurlu hücumu Rusiya üçün əsl “Molotov kokteyli” ola bilər. Çünki qorxu hər yerdə formalaşacaq. Artıq tədricən uğurlarımız var, yeni silahlar almışıq, sursat anbarları üzərində işləyirik və s. Rusiyanın ictimai səhifələrinə baxsanız, Rusiya Federasiyasının Ukrayna ilə həmsərhəd bölgələrində artıq hamı titrəyir. Ancaq əhatə dairəsinin daha böyük olması üçün daha böyük bir həmlə lazımdır. Onda daha böyük effekt görəcəyik.

Müəllif: İqor Petrenko - Politoloq, Birləşmiş Ukrayna Analitik Mərkəzinin eksperti.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10