Masallı İH Başçısının İctimai Siyasi və humanitar məsələlər üzrə (müavin statusunda) şöbə müdiri Aybəniz Qafarova, dünən, may ayının 15-də daşıdığı vəzifədən azad edilməsi üçün ərizə verib. Ərizə yuxarı orqan tərəfindən təsdiqlənib. Aybəniz xanım artıq bu gün kabinetini boşaldıb, xidmət maşınını təhvil verib.
Sabah onun işdən çıxarılması haqqında əmrin imzalanacağı gözlənilir.
Xatırladırıq ki, A. Qafarova müavin vəzifəsinə təyinatına qədər rayondakı Xıl Tam orta məktəbində direktor işləyib.
İcra Başçısı Araz Əhmədovun bir neçə ay öncə işdən azad etdiyi digər müavin, daha doğrusu 1-ci müavin Məmmədhüseyn Hüseynov kimi Aybəniz Qafarovanın da xoşagəlməz, utanc gətirən, müavin vəzifəsini gözdən salan əməlləri barədə kifayət qədər arzuolunmaz məlumatlar var idi.
Zamanında bu barədə kifayət qədər yazılarımız da olub. “Aybəniz icraya gəldi, gəlmədi...” Nə isə.
Bu gün, onun da bir qadın, ana olduğunu nəzərə alıb, “açıb sandığı” “tökmürük pambığı”.
Sözü olan varsa, bu yazını paylaşacağımız FB səhifəsində rəy bölməsi açıqdır.
Cenub.az. Zahir Əmənov