Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bağça müəllimləri ilə əlaqədar yeni qərar barədə - Video


Bağça müəllimləri sertifikalaşdırmadan keçəcək.

Cenub.az Xezerxeber.az-a istinadla xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılacaq.

Təhsil eksperti Kamran Əsədov deyir ki, hazırda ölkədə 1693 uşaq bağçası və körpələr evi fəaliyyət göstərir. Burada 18 minə yaxın tərbiyəçi çalışır. Onun sözlərinə görə, bağça müəllimlərinin sertifikasiyaya cəlb olunması vacibdir.

Dəyişikliyə əsasən, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Xatırladaq ki, qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

Ətraflı videomaterialı təqdim edirik:

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10