Onların Ruhu bir Nur abidəsi kimi həyatımızda dolanır
Hər şəhidin anım günündə sanki gündəlik həyatımızda ayrılıb o qanlı-qadalı günlərə ünvanlanırıq. Əgər kimlərsə öz ölüm günündən uzaqlaşdıqca doğmaları üçün bir qədər adiləşirsə, şəhidlər hər ad günündə sanki yenidən doğulur, yenidən döyüşür, ruhumuzun daha ucalığında yer alır.
Dünən daha bir şəhidimizin – Anar Novruzovun anım gününü, onsuz onun 47 yaşını yad elədik.
Aprel şəhidimiz olan Anar Novruzov təkcə ruhu, varlığı ilə yox, həm də fiziki görkəmi, döyüşkən ruhu ilə hərb üçün doğulmuş bir adam idi.
Mayor, ordenli qəhrəmanımızı anım gününə yüzlərlə insan toplaşmışdı. Onların sırasında şəhid anaları da var idi, hökumət rəsmiləri də, döyüş yoldaşları da, ictimai təşkilatların, təhsil, səhiyyə təşkilatlarının nümayəndələri, eləcə də mətbuat təmsilçiləri də.
Anım mərasimində Masallı İH Başçısı Araz Əhmədov, eləcə də digər dövlət qulluqçuları iştirak edirdi.
Anım Mərasimində ənənəvi olaraq Azərbaycan Dövlətinin Himni səsləndi, məktəblilər Anar Novruzovun xatirəsinə həsr olunmuş kompozisiyanı təqdim etdi. Daha sonra qəhrəman şəhidimizin xatirəsinə həsr olunmuş Şahmat və Tir atıcılığı üzrə turnirlərin qalibləri mükafatlandırıldı.
Son əvəzi.
Bu gün bizim üçün fəxrdir ki, “Vətən Uğrunda” ordeni ilə təltif olunmuş Qəhrəman şəhidimiz Anar AND yerlərimizdən biridir.
Bu gün bizim üçün fəxrdir ki, bir çoxları Ərkivanı həm də Anar Novruzov kimi qəhrəmanlara görə tanıyırlar. Dəfələrə eşitmişəm ki, bəzən Ərkivanı tanıtmaq üçün qürurla deyirlər:- “Şəhid Anarın doğulub-boya başa çatdığı qəsəbədənik”.
Xatırladaq ki, Anar Novruzovun adına Masallıda küçə var. Həmçinin Ərkivan Qəsəbə orta məktəbində, onun təhsil aldığı sinifdə Anarın Xatırə guşəsi və muzey yaradılması nəzərdə tutulub.
İşıqlı, nurlu insan, anım günün mübarək!
Cenub.az. Qızqayıd İsrafilzadə