Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İnsan ölümdən əvvəl nə hiss edir? – Alimlər açıqladı


Alimlər insanın ölümdən əvvəl nə hiss etdiyini müəyyən ediblər. 

İnsan beyni düşünüldüyündən qat-qat mürəkkəbdir. 

Miçiqan İnstitutunun tədqiqatçıları heyrətamiz bir fakt aşkar ediblər. Bildirilir ki, ürək dayanmasından sonra beyin uzun müddət aktiv qalır. Hətta bəzi sahələr adi haldan çox daha intensiv işləyir. 

Koma vəziyyətində olan və maşında dəstəklənən dörd ölüm ayağında olan xəstə, EEQ-dən istifadə edərək həyatlarının son saniyələrində elm adamları tərəfindən izlənilib.

Həyat dəstəyinin dayandırılmasından dərhal sonra qamma radiasiyasının gücü beynin sol ön-orta temporal lobunda nəzərəçarpacaq artıma səbəb olub. Daha sonra beynin digər hissələrində partlamalar meydana çıxıb. 

Alimlər hesab edirlər ki, bu gözlənilməz fakt bizi beynin roluna və onun imkanlarına yenidən baxmağa məcbur edilir.

Bu tədqiqatların təsirli nəticələri beynin böyük potensiala malik olduğunu və hətta digər orqanlar dayandıqdan sonra da işləməyə qadir olduğunu göstərir. Bu informasiyalar xəstələrin ağır xəsarət və xəstəliklərdən sonra sağalması üçün yeni üsulların işlənib hazırlanması üçün böyük əhəmiyyət kəsb edə bilər./lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10