Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda “Su iclası”, yaxud axar sular “çuxur”unu tapırmı?


Yaxın günlərdə  Azərbaycan Respublikasının Baş Nazirinin müavini müavini Şahin Musayevin  Masallıya gəlişi Viləşçay bəndinin 2-ci hissəsinin reallaşmasını tezləşdirəcəkmi?

Son illərə qədər Masallının Muğan kəndləri istisna olmaqla əksər ərazilərində su problemi olmayıb. Bölgənin ən uzun çayı Viləşin, bu çay üzərində qurulan bəndin, çoxlu bulaqların, əksər kəndlərdə bir neçə metrdən çıxan şirin sulu quyuların bolluğu... suyu bizim üçün çox əlçatan etmişdi.

Su ucuzluq ölçüsü idi - “Filan əşya su qiymətinədir”, “Fila iş bir içim su qədər asandır” və sair deyimləri çox eşitmişik.

Bu gün isə dünyanın Qlobal İstiləşmə hədəfin çevrildiyi məqamda artıq “suyun ceyran belinə çıxması” təhlükəsinin işartıları çoxdur.

Bu gün Masallı Rayon İcra hakimiyyətində “Sudan daha səmərəli istifadə etmək“ mövzusunda keçirilən tədbirdə bu məsələlərin incə detalları ilə çözələndi.

Tədbirdə Masallı İH Başçısının müavini Adəm Məhərrəmov, Viləşçay Su Anbarının müdiri Rusif Kərimov, Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin təmsilçiləri, eləcə də digər əlaqədar qurumların nümayəndələri çıxış etdilər.

Xüsusi ilə vurğulandı ki, artıq israfçılıq yol verilməzdir. Dağ çaylarından başlamış, su tutarlara qədər və digər mənbələrdə su ehtiyatların həcmi kəskin şəkildə azalır.

Qeyd olundu ki, əvvəllər torpağı zəbt edənlər çox idisə, hazırda su hövzələrini zəbt edənlər çoxlaıb. 100-də artıq balıqçılıq təsərrüfatın ciddi qanunsuzluqlar baş verir. İcra hakimiyyətinin apardığı araşdırmalar bu sahədə olduqca kəskin nöqsanlar olduğunu aşkarladı.

Ən acınacaqlı hal kimi isə vurğulandı ki, bu işlərdə ədalətlilik prinsipi pozulurdu. Kim daha güclü idisə, suyu nəzarətində saxlayır, digər fermerləri çıxılmaz və əlacsız vəziyyətə salırdı.

Ölkə mətbuatında bəlli olduğu kimi ölkəyə düyü idxalı xeyli azalacaq. Demək, çəltikçiliyi daha çox inkişaf etdirmək, bunun üçün su ehtiyatlarından daha səmərəli istifadə edilməlidir.

Nələrdə qənaət etmək, yeni texnologiyadan daha səmərəli ifadə etmək günün ən vacib tələbidir.

RİHB-nin müavini Adəm Məhərrəmov sonda bildirdi ki, Azərbaycan Respublikasının Baş Nazirinin müavini Şahin Mustafayev Masallıya gələcək. Viləşçay Dəryaçasının 2-ci hissəsinin inşasının reallaşması üçün irəliyə doğru yeni əməli addımlar atılacağı gəzlənilir.

Baş Nazirinin Tədbirdə isə ən yaddaqalan o oldu ki, deyilən hər təklifə dərhal konkret reaksiya verildi və bəyan oldu ki, elə sabahdan Vilçay Su anbarının rəhbəri Rusif Kərimov həmin iradları aradan araşdırmaq və aradan qaldırmaq üçün həmin ərazilərdə olacaq.

Su problemləri ilə bağlı isə yaxın vaxtlarda daha bir neçə tədbirin keçiriləcəyi gözlənilir.

Konkret işlər isə ona yönələçək ki, 1 litr su belə israf olunmasın, axan sular, “çuxurun” tapsın.

Cenub.az üçün-Zahir Əmənov









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10