Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanlı milyarder yaxtasını satışa çıxardı


Sanksiyalar rusiyalı oliqarxları bahalı yaxtalarını satmağa məcbur edib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, rusiyalı milyarderlərə məxsus “Fraser”, “Moran”, “Burgess” və “Arconyachts” kimi böyük yaxta brokerləri onlarla yaxta satışa çıxarıblar.

“Yevraziya” qazma şirkətinin rəhbəri Aleksandr Çaparidzenin 89 metrlik “Here come the sun” yaxtası 195 milyon dollar satışa çıxarılıb. Azərbaycanlı milyarder, “Lukoyl”un keçmiş rəhbəri Vahid Ələkbərova məxsus 70 metrlik “Galactica Supernova” yaxtası da satışa çıxarılanlar arasındadır. Bu yaxtaya 75 milyon avro qiymət qoyulub.


Bundan başqa, “Nornikel”in keçmiş rəhbəri Vladimir Strjalovskinin 68 metrlik “İcon Ragnar” (69.5 milyon avro), “Beluga Group”un rəhbəri Valentin Zavadnikovun 55 metrlik “Admiral Quinta Essentia” (25 milyon avro) yaxtaları da satışa çıxarılıb./Axar.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10