"Süni intellektli çat-botlar uşaqlara 18 ay ərzində oxumağı öyrənməyə və yazı vərdişlərini təkmilləşdirməyə kömək edəcək..."
"Robot-müəllimlər insan kimi yaxşı hami olacaq və daha ucuz başa gələcək..."
Süni intellekt texnologiyalarına milyardlar yatırmış Bill Geyts bəyan edib ki, robot-müəllimlər repetitor-insanlardan ucuz başa gələcək və 18 ay ərzində bu texnologiya xeyli irəliləyiş nümayiş etdirəcək.
Cenub.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber7" nəşri yazıb.
"Microsoft"un təsisçisi, son zamanlar süni intellektə investisiyaları ilə şöhrət qazanmış Bill Geyts bəyan edib ki, süni intellektli çat-botlar artıq 18 ay ərzində uşaqlara oxumağı öyrənməyə və yazı vərdişlərini təkmilləşdirməyə kömək edəcək.
Sahibkarın sözlərinə görə, robot-müəllimlər repetitor-insanlardan ucuz başa gələcək. Bundan başqa, gələcəkdə bu texnologiya dünyada bərabərsizliyi azaldacaq.
Bill Geyts San-Diyeqoda ASU+GSV sammitində bəyan edib ki, süni intellekt "insan kimi yaxşı hami olacaq".
"Yaxın 18 ay dönüş məqamı hesab edilir"
Sahibkar qeyd edib ki, bugünkü çat-botlar "inanılmaz oxu və yazı cəldliyinə malikdir".
Bu, tezliklə şagirdlərin oxu və yazı vərdişlərini yaxşılaşdırmağa kömək edəcək, texnologiyalar əvvəllər hələ heç vaxt belə etməyib.
Daha sonra Bill Geyts deyib: "Əgər biz növbəti 18 ayı götürsək, süni intelekt müəllimin köməkçisi olacaq və inşaların yazılışında əks əlaqə verəcək. Sonradan isə həm də riyaziyyatda kömək edəcək".
"Müəllim-robotlar daha ucuzdur"
Sahibkar vurğulayıb ki, indiyədək yazı təlimi kompüter üçün inanılmaz dərəcədə mürəkkəb olub.
İnsan- müəllimlər nəqlin strukturu və aydınlığı kimi xüsusiyyətlərinə diqqət yetirdiyi halda, kompüterlər bunu edə bilmir, çünki istehsalçılara təhlilin bu səviyyəsini kodda əks etdirmək çətindir.
Bundan başqa, Bill Geyts həmçinin süni intellektlə idarə olunan müəllimlərin dəyər amilini vurğulayıb və qeyd edib ki, onlar insanla təkbətək təlimə nisbətən daha ucuz və əlçatan olacaq.
Daha sonra sahibkar deyib: "Bu, müəyyən bərabərləşdirici olmalıdır. Çünki əksəriyyət şagirdlər üçün repetitora çıxış xüsusilə bu müəllim uyğunlaşanda və sizin etdiklərinizin hamısını yadda saxlayanda və bütün işinizə nəzər yetirəndə baha başa gəlir".
"Dünyada bərabərsizliyi azaldacaq"
Süni intellekt texnologiyasına milyardlarla investisiya yatırmış Bill Geyts iddia edir ki, bu texnologiya dünyada bərabərsizliyi azaldacaq.
Bu ilin mart ayında konfransda çıxış edərkən sahibkar deyib ki, o, "ChatGPT"-nin pərəstişkarıdır və onunla dostlarının kampaniyasında oynamağı xoşlayır.
Sonradan elə həmin ayda o, milyardlarla dollar yatırdığı texnologiyanı tərifləyib və qeyd edib ki, süni intellekt texnologiyası dünyada bərabərsizliyi azaldacaq.
Müəllif: Əkrəm Öztürk